Magazin1
Elnur Mikayılov: “Avropa Oyunlarında kamançada ifam dünyaya bir mesaj idi”
“Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşdü. Kamançanın imkanlarını böyük stadiondan dünya ictimaiyyətinə eşitdirən Elnur Mikayılov Publika.az-a açıqlamasında əslində bunun mesaj xarakteri daşıdığını bildirib:
“Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da təsdiqini tapdı. Kamança da bizim milli alətimizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır.
Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətimiz olduğunu göstərdik”.
Sonda Elnur Mikayılov belə bir missiyanın ona həvalə olunduğu üçün fəxr hissi keçirdiyini diqqətə çatdırdı.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO