• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vüsalə Kərimovadan cavab: “Heç olmasa, uşağımın atası məlumdur...” - FOTOLAR

  • Magazin1
  • 2 İyul 2015 11:15
  • 7 152 Baxış
Vüsalə Kərimovadan cavab: “Heç olmasa, uşağımın atası məlumdur...” - FOTOLAR

Bir neçə gün öncə “Space” telekanalında efirə çıxan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqalın əsası qoyuldu. Hələ də müzakirəsi davam edən verilişdən sonra da yeni qalmaqallar ortalığı vəlvələyə saldı. Belə ki, sosial şəbəkələrdə davam edən müzakirələrdə yeni adlar ortaya atıldı. Deyəsən, bu xəmir hələ çox su aparacaq. Nədən ki, növbəti söz-söhbət hədəflərindən biri verilişin aparıcısı özü oldu. Hazırkı mənzərə bundan ibarətdir ki, yazar-müğənni qalmaqalı jurnalist-prodüser və s. çəkişmələri ilə davam edir.

Mətanət Əsədova ünvanına səslənənlərə məhkəmə müstəvisində aydınlıq gətirməyə çalışacaq. Bəs jurnalist-aparıcı Vüsalə Kərimova ünvanına deyilənlərə verəcəyi cavab üçün hansı müstəvini seçib?

“Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova Publika.az-ın suallarını cavablandırır:

- Əksəriyyət sizi o görüntüləri efirə verməkdə qınayır...

- (sözümü kəsərək) Verilişin ortasında təsadüfən belə bir dialoq alınır. Heç kəs gözləmirdi ki, burada qırğın olacaq. Verilişdə belə bir qalmaqal olacağını, ümumiyyətlə, ağlımıza gətirməmişdik. Çünki verilişdə konkret mövzu qoyulmuşdu və həmin mövzu üzrə qonaqlar dəvət olunmuşdu. Çəkiliş zamanı fikir ayrılığının yaranacağına gümanımız belə yox idi. Əziz Musaoğlunun qəfil iradı aləmi qatdı bir-birinə. Onun Mətanət Əsədovaya “bu nə paltardır? Bu nədir geyinib qarşıma çıxmısan?” - deməsi qarşı tərəfin xoşuna gəlmədi. İnsaf üçün, o paltar da pis deyildi. Hətta özüm də Mətanətlə qarşılaşanda paltarını təriflədim. Onun özünə də dedim ki, nə gözəl paltarın var. Çox xoşuma gəldi”. Əziz müəllim sonradan səhvini anlayıb üzr istədi, ancaq artıq gec idi.

- Həmin verilişi efirə verməmək olmazdı?

- Biz hər gün veriliş çəkirik. Bu gün çəkib sabah veririk. Yenidən qonaq çağırmalıydım ki, veriliş çəkim?! Qaldı ki, bu, verilişin içində olan mübahisədir. Onları sakitləşdirib, “gəlin, yenidən çəkək” də deyə bilməzdim. Harda görünüb belə bir şey? Verilişin xətti belədir. Bura gələn qonaqlar bilməlidir ki, ağzından çıxan ifadəyə diqqət etməlidir. Hər kəs ürəyindən keçən sözü deyə bilər. Onu efirə verib-verməməyi biz müəyyənləşdiririk. Efirə yaraşmayan həmin sözü efirə vermədik. Söyüş deyil, təhqir idi. İndiyədək də həmin təhqiri hərə anladığı kimi yazır. Amma əslində səslənən ifadə yazılanlardan heç biri deyil. Biz o təhqirin üstünü elə məharətlə örtmüşük ki, heç kim başa düşməyib.

- Nə deyildi ki?

- Hər halda yaxşı söz deyil. Həmin ifadəni hansı qadına desələr, əsəbiləşib şığıyar adamın üstünə. Mətanət xanımın yerində mən olsaydım, qarşımdakı insanın kimliyindən asılı olmayaraq, məhv edərdim.

- Aparıcı neytral olmalıdır. Bu səbəbdən sizə tamaşaçı kimi sual verəcəyəm. Sizcə, bu hadisədə haqsız tərəf kim idi?

- İstər aparıcı, istərsə də, tamaşaçı bu mövzuda eyni fikirdədir: haqlı tərəf Mətanət Əsədovadır. Jurnalistikada belə bir qanun var. Bütün verilişlərə jurnalist kimi baxmaq lazımdır. Biz artıq tamaşaçı kimi baxa bilmirik. Azərbaycanlı olaraq milli mentaliteti qoruyan insanam. Mətanət xanım sənətkardır. Sənətkarın geyimi müzakirə olunmamalıdır. Görmüsünüz hardasa Madonnanı, Ledi Qaqanı geyiminə görə təhqir etsinlər? Sənətkarın geyimi müzakirə olunmamalıdır. Əziz Musaoğlu haqsız idi. Çünki heç verilişin də mövzusu o deyildi. Üstəgəl, o, sənətkardır, xanımdır. Bundan başqa, qonaqlar veriliş başlamazdan 10 dəqiqə əvvəl gəlmişdilər. Hər ikisi yanbayan əyləşmişdi. Əziz müəllim Mətanət xanımın geyiminə elə orada da irad tuta bilərdi. Bu halda mübahisə efirə qədər gəlib çıxmazdı. Amma Əziz müəllim bunu çəkiliş zamanı dedi və Mətanət xanımın sərt təpkisi ilə üzləşdi.

- Verilişdən sonra danışılanlar, verilişdə olanları geridə qoydu... Söhbət prodüser Sultanla sizin aranızda yaranan qalmaqaldan gedir. Dəfələrlə Sultanın sizdən ağızdolusu, xoş sözlər dediyinin şahidi olmuşam. Sizcə, prodüser Sultan müğənni Yaşarla sevgi münasibətlərinizdən hansı məqsədlə danışır? Əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsi ola bilər?

- Yox. Sultan kiminsə təxribatına uyan deyil. Onun öz fikirləri var. Amma mənə xoş gəlməyən bir şey var. Onunla mənim heç vaxt problemim olmayıb. Ola da bilməz. Çünki problem yaşamaq üçün eyni tərəzidə olmaq lazımdır. Biz isə fərqli tərəzilərdəyik. Hər kəs öz yolundadır. Amma Sultan sosial şəbəkədə yazdığım statusa yazdığı rəylə yanlış davrandı. “Bakı şəhərində hər kəs bilir ki, siz Yaşarla sevgilisiniz”, - yazmasının yeri yox idi. Özünü mənə dost sayan biri bilməlidir ki, biz Yaşarla sevgili deyilik. Əksini düşünürsənsə, deməli, dost deyilsən. Mənə isə yalançı dost lazım deyil. Onun bu hərəkətini mənim vasitəmlə gündəmə gəlmək istəyi ilə izah edirəm. Hər kəs bir qığılcım axtarır ki, adını hallandırmaq üçün həmin qığılcımdan yararlansın. Mən isə olanları unudan insan deyiləm. Kim mənə qarşı qara nöqtə qoyursa, vaxt gələcək həmin adamın üzünə iki qara xətt çəkəcəyəm.

- Sizi həm də Aygün Bəylərin adını hallandırmaqda qınayırlar...

- Aygün Bəylər olmur, istəyir belə Əli, Vəli olsun. Aygün Bəylər mənim üçün orada ad və soyaddır. Onun sənətkar olmasına söz deməmişəm. Əgər Sultan mənim adımı Yaşarla rahatlıqla hallandıra bilirsə, mən onun adını niyə hallandırmayım? Özü də adı dilindən düşməyən Aygün Bəylər ilə. Mən Aygün Bəylərdən namussuz qadınam? Heç olmasa, mənim doğduğum uşağın atası məlumdur. Heç kəs mənə namussuz deyə bilməz. Hər kəsin həyatında sevdiyi, dəyər verdiyi adam var. Namusuma dil uzadanın dilini yerindən qopartmağı çox gözəl bacarıram. Bunun üçün kiməsə ehtiyacım yoxdur.

- Mətanət Əsədova kimi, siz də qarşı tərəfi məhkəməyə vermək niyyətində deyilsiniz ki?

- Yox. Qurban olum Allaha.. Mən oruc tutub, namaz qılan insanam. Düzdür, ölkənin qayda-qanunları var. Belə cılız şeylərlə məşğul olmağa nə səbrim, nə də vaxtım var. Mən onları Allahın məhkəməsinə buraxıram. Kimə nə cəza verəcəyini Allah özü bilər.

- Prodüser Sultandan əvvəl də müğənni Xatirə Yaşarla sevgi münasibətlərinizdən danışmışdı. Bu dedi-qodular işgüzar münasibətlərinizə xələl gətirirmi?

- Xatirə nəinki Yaşarın adını, ümumiyyətlə, ad çəkməyib. Sevgilim olaraq kimi nəzərdə tutduğunu da bilmirəm. Yazılan ad saytların uydurması idi.

- Prodüser Sultanla hazırda münasibətiniz nə yerdədir?

- Biz sonradan söhbətimizi şəxsi məktub qutusunda davam etdirdik. Mənə zarafatla yazdığını dedi. Mən də iradımı bildirdim ki, dost bu formada zarafat etməz. Ona da yazdım ki, Yaşarla sevgili olsam, heç kimdən qorxmuram. Başımın üstündə ər yoxdur ki, deyim namussuzluq edirəm. Yaşarın evdə arvadı yoxdur ki, deyim bu ona qarşı pis hərəkətdir. Yaşar subay, mən subay. Kimdən qorxmalıyam ki? Belə bir şey olsa, deyərdim ki, Yaşar sevgilimdir. Əcəb edirəm. İnkar edirəmsə, demək, sevgili deyilik. Onun özünə də dedim ki, mən Aygünün adını çəkməzdim. Sultan üçün Aygün Bəylər, mənim üçün isə Yaşar əzizdir. Əgər o, Yaşarın adını çəkə bilirsə, mən də Aygün Bəylərin adını rahatlıqla çəkə bilərəm. Aygün Bəylər Sultanın güdazına getdi.

- Bəs niyə Sultanın yazdığı şərhi silmədiniz?

- Tanımadığın adamın yazısını silərsən, özünü də blok edərsən. Əgər birini tanıyırsansa, onun cavabını verib həmin cavabı da yerinə qoymaq lazımdır. Axı mən o qədər aciz qadın deyiləm ki, hətta Sultanın belə cavabını verə bilməyim.

- Bəs Yaşarla söz-söhbət niyə yaranır?

- Bilirsiniz, Yaşar gənc və kifayət qədər çəkisi olan ifaçıdır. Diqqət cəlb edən müğənnidir. Yaraşıqlı oğlandır. Onu sevərlərin əksəriyyəti isə qızlardır. Qızlar da məni onun yanında həzm edə bilmirlər. Onlara çatmır ki, mən Yaşarın prodüseriyəm. Hər ikimizin ailəsi var. Bizim münasibətimizdən həm Yaşarın, həm də mənim ailəmin xəbəri var. Söhbət işgüzar münasibətdən gedir. Bunlar boş şeylərdir. Belə şeylər bizim işgüzar münasibətimizə xələl gətirə bilməz.

- Yaşanan qalmaqaldan sonrakı gün verilişiniz efirə getmədi. Bu da verilişin bağlanacağı barədə söz-söhbətə səbəb oldu. Deyilənlərin nə qədər əsası var?

- Bunu deyə bilmərəm. Mənim xəbərim yoxdur. Prodakşn olaraq çəkib verilişi “Space” telekanalına təqdim edirik. Bildiyimə görə, bu gün veriliş efirə getməlidir.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR