20 illik xatirələrini hərraca çıxardı
Bizi izləyin

Magazin2

20 illik xatirələrini hərraca çıxardı

Dünyaca məşhur ingilis müğənni Stinq evindən sonra, indi də qiymətli əşyalarını hərraca qoyub. Belə ki, o, həyat yoldaşı Trudi Staylerlə birgə yaşadıqları Vestministerdə olan evindən əksər əşyaları satışa çıxardıb. Evi isə bu ilin avqust ayında 19 milyon funtsterlinqə satıblar.

Publika.az xəbər verir ki, “Christie’s” hərrac evi 2016-cı ilin fevralında baş tutacaq hərracda müğənniyə məxsus 200 əşya satılacağı barədə xəbər yayıb.

Satışa çıxarılan əşyaları Stinqin ailəsi 20 ildir ki, toplayır.

Qeyd edək ki, həmin auksionda ən bahalı lot rəssam Ben Nikolsona məxsus “55-ci ilin martı (ametist)” adlı rəsm əsəridir. Rəsm əsəri təqribən yarım milyon funt sterlinqdir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm