Ərdoğandan “Eurovision” təbriki
Bizi izləyin

Magazin2

Ərdoğandan “Eurovision” təbriki

Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan “Eurovision”-da qalib gələn Ukrayna təmsilçisi Camalanı (Jamala) təbrik edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentə yaxın mənbələrdən verilən məlumata görə, Ərdoğan bu gün səhər saatlarında krımlı müğənniyə telefonla zəng edərək onu qələbə münasibəti ilə təbrik edib. Prezident Ərdoğan "1944" adlı mahnısı ilə birinci olan sənətçiyə bundan sonrakı yaradıcılığında uğurlar arzu edib. Krımlı tatar ifaçı Türkiyə prezidentinin təbrik telefonunun onu çox həyəcanlandırdığını qeyd edib və minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlı mahnının söz və musiqisi ifaçının özünə məxsusdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm