Hamilə aparıcıdan inanılmaz yoqa duruşu - FOTO
Bizi izləyin

Magazin2

Hamilə aparıcıdan inanılmaz yoqa duruşu - FOTO

Hamiləliyinin son aylarını yaşayan 34 yaşlı aparıcı - Ksenya Sobçak yoqa ilə məşğul olmağa davam edir.

Hamiləliyinin son aylarını yaşayan 34 yaşlı aparıcı - Ksenya Sobçak yoqa ilə məşğul olmağa davam edir.

Publika.az xəbər verir ki, rusiyalı teleaparıcı başıüstə dümdüz dayandığı fotonu sosial şəbəkədə paylaşıb. Yeri gəlmişkən, bu aparıcının yeganə fotosudur ki, qarnı aydın görünür. O, paylaşdığı fotoya yoqanın faydalarından da yazıb: “Yoqa 99 faiz praktika, cəmi 1 faiz isə nəzəriyyədir. Sadəcə, hər gün yarım saat yoqa ilə məşğul olmaq həyatı keyfiyyətcə və ümid edirəm ki, kəmiyyətcə də dəyişir. İndi yoqa ilə məşğul olmaq daha çətindir, amma əsas şüarı heç vaxt unutmuram".

Aparıcının abunəçiləri onun bu addımını dəstəkləyib, ünvanına çoxlu təriflər yağdırıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm