Azərbaycanlı qız izdivac verilişində aləmi bir-birinə QATDI, Əli ŞOKA DÜŞDÜ – VİDEO
Bizi izləyin

Magazin2

Azərbaycanlı qız izdivac verilişində aləmi bir-birinə QATDI, Əli ŞOKA DÜŞDÜ – VİDEO

Zuhal Topalın evlilik verilişində tez-tez küsüb barışan azərbaycanlı iştirakçılar Əli Əkbər və Naz Mila yenə gündəm yaradıblar.

Zuhal Topalın evlilik verilişində tez-tez küsüb barışan azərbaycanlı iştirakçılar Əli Əkbər və Naz Mila yenə gündəm yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz Mila həmyerlisi və model Əli Əkbər adlı bəy namizədiylə yenidən barışmaq üçün ikinci şans istəmişdi. Əli ona şans versə də, ötən həftə Nazın sərt çıxışlarından sonra model ondan ayrılmağa qərar verib və ona gələn namizədləri görməyə davam edib. Naz baş verənlərdən sonra verilişi tərk edib.

Dünənsə Naz yenidən verilişə qatılaraq Əlinin könlünü almağa çalışıb. Buna baxmayaraq, qəribə hərəkətləri ilə diqqət çəkib. Əli ona inanmadığını və ayrılmalarının ona qətiyyən pis təsir etmədiyini vurğulayıb. Həmçinin sosial şəbəkədə rəqs videosunu paylaşmasını, burda olmadığı müddətdə bütün gün gəzdiyini xatırladıb.

Naz isə "Bütün gün ağlamalıydım? Gecə-gündüz ağlasam, ölərəm ki? Rəqs etmək pis bir işdir ki? Acığıa elə burda da rəqs edə bilərəm" ,- deyə cavab verib.

Qeyd edək ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. O, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm