Magazin2
Milyarder xanımı oğlunun sevgilisi barədə elə sözlər dedi ki... - FOTOLAR
Arzu Sabancı oğlu Hacı Sabancının Özge Ulusoydan ayrılmasından danışıb.
Publika.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gündür, bütün Türkiyə mətbuatı Özge Ulusoyun Hacı Sabancıdan ayrılmasından danışır. Hacı Sabancı açıqlamasında bir çox məsələlərdə fikir ayrılıqları olduğu üçün münasibətlərini bitirdiklərini deyib.
İddialara görə, milyarder xanımı Arzu Sabancı oğlunun modellə birlikdə olmasına qarşı çıxıb. Bu səbəbdən ayrılıqda Arzu xanımın təqsirkar olduğu deyilir. A.Sabancı oğlunun 6 illik sevgilisindən ayrılmasına çox üzüldüyünü deyib: “Bir ana kimi oğlumu xoşbəxt görmək, sevdiyi insanlarla birlikdə olmasını istərdim. Bu ayrılıq məni həm incidir. Həm də günahkar tərəf kimi göstərilməyi özümə qarşı alçaldıcı hərəkət və hörmətsizlik olaraq görürəm. Oğullarımızın sevdiyi insanlar bizim baş tacımızdır. İnsanların bu məsələni mənimlə əlaqələndirməsinin səbəbini anlamıram. Gənc bir qadının sevgilisinin ailəsi tərəfindən qəbul edilmədiyini deyirlər. Bununla köhnə türk filmləri tərzi melodram yaratmaq istəyirlər. Bu da müəyyən insanların xoşuna gəlir. Oğlunu sevdiyi qızdan ayırmağa çalışan ana kimi qələmə verilmək məni incidir. Hər ikisi yetişkin insandır, öz münasibətlərini yaşayır və qərarlarını özləri verirlər. Biz isə onlara yalnız xoşbəxtlik və sevdikləri insanlarla bir ömür keçirmələrini arzulaya bilərik”.
Aytən
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO