52 yaşlı Monika Belluççi yenə SOYUNDU - FOTOLAR
Bizi izləyin

Magazin2

52 yaşlı Monika Belluççi yenə SOYUNDU - FOTOLAR

Monika Belluççi yenə soyunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 70-ci Kann festivalında aparıcı olmağa hazırlaşan 52 yaşlı Monika Belluççi “Vainty Fair” jurnalının may buraxılışının siması olub. Aktrisa ənənəsinə sadiq qalaraq bu dəfə də nəşrin üz qabığında yarıçılpaq poza verib.

Monika həm də jurnala geniş müsahibə verərək etiraf edib ki, yaş onun üçün əhəmiyyət kəsb etmir: “Vaxta düzəlişlər edirəm. Bu gün hesab edirəm ki, hər bir yaş özün kimi qalmağın bir üsuldur. Mənə elə gəlir ki, təkcə mən belə düşünürəm, yaşlı nəslə aid olan bir çox qadınlar da belə düşünür. Biz daha çox özümüzə hörmət etməyə başlayırıq, eyni zamanda 40, 50, 60 və 70 yaşda belə gözəl görünə biləcəyimizi sübut edirik. Ərtrafa baxın: Yaş artıq əvvəllər olduğu kimi böyük maneə deyil”.

Dəfələrlə öz bədənini sevdiyini bəyan edən və heç vaxt plastik cərrah otağında olmadığını deyən aktrisa təbiiliyə üstünlük veridyi etiraf edib. Aktrisaya görə, qocalmaq təbii prosesdir, hər qırışını sevir və deyir ki, klimaks dövrübnü səbirsizliklə gözləyir:

“Mən qocalmaqdan qorxmuram. Klimaks xəstəlik deyil, təbii prosesdir. Bəli, əvvəlcə orqanizm əvvəlcə çətinlik çəkəcək, amma bir neçə aydan sonra hər şey qaydasına düşər. Bu, normal bir həyatdır, mən bu barədə heç narahat olmuram”.

Belluççi öz sözlərini işlərlə sübuta yetirir. Belə ki, ötən ilin sentyabr ayında Belluççi “Paris Match” fransız jurnalı üçün çılpaq fotolar çəkdirmişdi. Həmçinin o, "Motsart cəngəllikdə" amerikan serialı erotik səhnələrdə rol almaqla sübut edir ki, indiyədək seksual və cazibədardır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm