Kökəlib tanınmaz hala düşən Rihanna TƏQDİMATA belə gəldi – FOTO
Bizi izləyin

Magazin2

Kökəlib tanınmaz hala düşən Rihanna TƏQDİMATA belə gəldi – FOTO

Dünya şöhrətli müğənni Rihanna artıq çəkilərini gizləyə bilməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Los-Ancelesədə "Valerian və minlərlə planeti olan şəhər" filminin premyerası keçirilib. Filmin rejissoru məşhur fransız Lyuk Bessondur, baş rollarda isə 24 yaşlı model və aktrisa Kara Delevin, 31 yaşlı Deyn Dexan və 29 yaşlı pop ikonası Rihanna çəkilib. Ulduzlar təqdimatfan əvvəl Hollivud kinoteatrının önündə, qırmızı xalçada poza verib.

Rihanna bu tədbir üçün “Giambattista Valli” moda evindən uzun şleyfli, yüngül çalarlı zərif-çəhrayı paltar seçib. Müğənni libasını “Manolo Blahnik” brendindən olan ayaqqabı və “Chopard” ın zinət əşyaları ilə tamamlayıb. Son günlərdə artıq çəkisi və şeyx sevgilisi ilə gündəmə gələn dünya ulduzu artıq çəkilərini gizlədə bilməyib.

Kara Delevin isə gecə üçün “Iris Van Helpen” moda evindən gümüşü rəngli futuristik paltar seçib.

Gecənin qonaqları arasında Kendal Jenner, Poppi Delevin, Ket Qrem və başqaları olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm