Ancelina Colinin MÖHTƏŞƏM ÇIXIŞI – Yeni filmini təqdim etdi
Bizi izləyin

Magazin2

Ancelina Colinin MÖHTƏŞƏM ÇIXIŞI – Yeni filmini təqdim etdi

42 yaşlı Ancelina Coli film tənqidçilərinə özünün çəkdiyi "Əvvəlcə onlar mənim atamı öldürdü: Kambocalı qızın xatirələri” (First They Killed My Father)" adlı yeni işini təqdim edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdəki Hollivud assosiasiyasının xarici mətbuat nümayəndələri üçün layihənin prodüseri və rejissor vəzifəsini öz üzərinə götürən Coli mətbuat konfransı təşkil edib.

Ancelina çıxışı üçün ağ don seçib, belini isə qalın qara kəmərlə vurğulayıb. Lakonik obrazını aktrisa bej stiletto və minimalistik aksessuarlarla tamamlayıb. Pərəstişkarları aktrisanın makiyajını xüsusilə qeyd ediblər: Ancelina dodaqlarını zəngin giləmeyvə çalarlı pomada ilə, gözlərini isə bozumtul karandaşla vurğulayıb. Coli tədbirdə sözün əsl mənasında parlayıb. O, mətbuat nümayəndələri ilə gülərüz davranıb, verilən suallara səmimi cavab verib və çəkiliş meydançasında baş verən hadisələri məmnuniyyətlə bölüşüb.

"Əvvəlcə onlar mənim atamı öldürdü: Kambocalı qızın xatirələri” ekran işi mətbuatda səs-küyə səbəb olub. Xatırladaq ki, aktrisanın “Vanity Fair”Q jurnalı çıxandan sonra Colini övladlarına qarşı amansız iş metodları tətbiq etməkdə ittiham ediblər. Bundan başqa yaşlı aktyorlar da Kamboca sakinlərinin arasından seçilib.

Ümumiyyətlə, real hadisələr üzərində qurulan filmin çəkilişləri asan başa gəlməyib. Aktrisanın yeni filmi Kamboca haqqındadır. Ekran işi 1970-1975-ci ildə Kamboca və Laosda milyonlarla günahsız, dinc sakinlərin öldürülməsindən bəhs edir.

Qeyd edək ki, filmdə aktrisanın 14 yaşlı oğlu Maddoks da rol alıb. Yeri gəlmişkən, özünü rejissor kimi sınamaq qərarına gələn aktrisa bu filmin yaradıcılığında böyük rol oynadığını bildirib:

Coli "Uşaqlarımın köklərinin haradan gəldiyini bilmələrini istəyirəm" deyərək Maddoksun kamera arxasında onunla birlikdə vəzifə almasından məmnunluq duyduğunu söyləyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm