Məşhur musiqiçilər haqqında çəkilmiş 11 ƏFSANƏ FİLM
Bizi izləyin

Magazin2

Məşhur musiqiçilər haqqında çəkilmiş 11 ƏFSANƏ FİLM

Publika.az istedadları və musiqiləri ilə dünyada əks-səda doğurmuş musiqiçilərin həyatından bəhs edən filmləri təqdim edir.

1. Amadeo

Klassik musiqi cərəyanına yön verənlərdən biri olan Mosart, yaşamaqdan küsmüş kimi bir həyat tərzi sürdürüb. İstedadını xaricinə vurmaq üçün qəribə bir yol seçən sənətçi məqsədsiz davranışlar sərgiləməyi vərdiş halına gətirib. Həyatı ilə sənəti əks qütblərdə olan Mosart bu “xəstə” həyatı ilə Antonio Salyerini də narahat edir.

Film də məhz bu iki musiqi tanrısının fərqli münasibətlərindən bəhs edir. Sənət ilə sənətçinin əlaqəsinə diqqət çəkən film klassik musiqi tarixini işıqlandıran dəyərli ekran əsərlərindəndir.

2. Rey

Rey Çarlz öz dünyasında yaşayan və xəyalları olan kiçik bir uşaqdır. Yaşadığı olduqca faciəli bir hadisə nəticəsində həyatına kor olaraq davam etmək məcburiyyətində qalır. Bu çətinliyə rəğmən, həyata olan ümidlərini itirmir və yepyeni xəyallarla yoluna davam etməyə qərar verir. Rey qarşısına çıxan əngəllərlə mübarizə aparır və dünyanın ən önəmli musiqiçilərindən olur.

3. I’m not there (Mən orada deyiləm)

Sözün əsl mənasında bir musiqi ilahisi olan Bob Dilan karyerası ərzində sonsuz sayda klassik əsər yazıb. Buna görə də ömür boyu adından bəhs ediləcək bir sənətçi halına gəlib. O, bu uğuru ilə yanaşı, son dərəcə sirli həyatı və təmkini ilə də diqqət çəkib. Sənətçinin həyatının fərqli dövrlərinə işıq tutan bu ekran əsəri onun sirli dünyasını qismən də olsa, aydınladıb.

4. Bild

Bu filmdə sıxıntılı və çətin bir həyatı olan istedadlı saksafon sənətçisi Çarli “Bird” Parkerin bəhs edilir. O, dövründəki Amerika toplumunun qaradərililərə baxış bucağına qarşı ən çox mübarizə aparan insanlardan biri olub. Film “Oscar” mükafatına layiq görülüb.

5. Coal Miner’s Daughter (Mədənçinin qızı)

8 uşaqlı yoxsul bir kömürçü ailəsində dünyaya gələn Loretta hələ 13 yaşında ikən evləndirilir. Aradan uzun illər keçir, Loretta 20 yaşında artıq 4 uşaq anası olur. Arvadının musiqiyə olan marağını görən Dolitte Linn ona gitara alır. Bu gitarla ilk bəstələrini yazan Loretta qısa müddətdə şöhrətin qapılarını açır. Film “Couty” musiqi əfsanəsi olan Loretta Linnin həyat hekayəsindən bəhs edir.

6. Elvis Presli

Bütün dünyada adını əzbərlətmiş sənətçi olan Elvis Preslinin həyatından bəhs edən bu film 1979-cu ildə çəkilib. Filmin baş rolunda dövrünün əfsanəsi olan Kurt Rassel oynayıb.

7. Walk the Line (Sərhədləri aşmaq)

Film Conni Kaşın həyatını xronoloji adıcıllıqla gözlər önünə sərir. Sənətçi bu yola çıxarkən bu qədər yüksələ biləcəyinin fərqində olmayıb. Conni yaşadığı dövrdə heç rast gəlinməmiş qara rəngdə dəbli platarları və özünəməxsus üslubu ilə Amerikan mədəniyyətinə ciddi şəkildə təsir göstərib. Onun eşq həyatı da sənətindən az diqqət toplamayıb.

8. Nowhere Boy (Sərhəd tanımayan adam)

Con Lennonun uşaqlığını xəyal edin... sevgiyə necə ehtiyac duyduğunu və Paul Makkartney adlı uşaqla necə tanış olduğunu... Con paramparça olan bir Liverpulda böyüyüb. Tənha, maraqlı və zəkalı bir gənc kimi. O, anası və xalasının təzyiqləridən qaçır və özünü musiqidə tapır.

Film Conun ögey bacısı Culia Beyrdin kitabından götürülərək çəkilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm