34 yaşlı Çağla Şikelin stilinin sirri - FOTOLAR
Bizi izləyin

Magazin2

34 yaşlı Çağla Şikelin stilinin sirri - FOTOLAR

Həyat yoldaşı Əmrə Altuğdan boşandıqdan sonra daha da populyarlaşan 34 yaşlı model Çağla Şikel yeni fotosessiya etdirib. Məşhur markalardan birinin yeni mövsüm üçün istehsal etdiyi geyim və aksessuarları nümayiş etdirən Çağla gözəlliyilə göz qamaşdırıb.

Gündəlik həyatda bohem stilinə üstünlük verdiyini deyən Çağla Şikel siması olduğu firmanın saçaqlı geyimlərini, maksi donlarını və şıq ayaqqabılarını özünə yaraşdıra bilib.

O, inandığı markalarla əməkdaşlıq etdiyini və onlar sayəsində şıq göründüyünü bildirib.

“Sponsorlarımız olmasa, yəqin ki, həmişə şıq və zərif görünə bilməzdim. Keyfiyyətinə inandığım brendlər mənim üçün uyğun olan geyimləri göndərirlər, heç düşünmədən, tərəddüd etmədən geyinirəm”.

Publika.az modelin yeni fotosessiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm