Oğlunu evdə doğan aktrisa haqqında maraqlı faktlar - FOTOLAR
Bizi izləyin

Magazin2

Oğlunu evdə doğan aktrisa haqqında maraqlı faktlar - FOTOLAR

4 gün əvvəl aktrisa Özgü Namal oğlu Nəfəsi dünyaya gətirib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hipnoz üsulundan istifadə edərək ev şəraitində həyata keçirilən bu normal doğuş böyük marağa səbəb olub.

Bu üsulu Özgü Namal üzərində tətbiq edən psixoloq Adil Maviş Türkiyə televiziyalarının birinə verdiyi müsahibədə bu üsuldan danışıb.

Özgü Namal hipnoz üsulu ilə evdə necə doğuş keçirib?

Onun sözlərinə görə, hipnoz insanın fikrini cəmləşdirib onu vəziyyətə həm mənəvi, həm də fiziki olaraq hazırlayır: “Bu isə doğuş prosesini asanlaşdırır. Övladını ağrısız və təbii şəkildə dünyaya gətirmək istəyən ana namizədləri son zamanlarda bu üsula üstünlük verirlər”.

Bu üsulun üstünlüklərindən danışan Maviş hipnozla gerçəkləşdirilən doğuş prosesini belə izah edib:

“Doğuşla bağlı bəzi rituallar var. Ana sancılar başlayanda daha əvvəl öyrəndiyi hərəkətləri təkrar edir. İstifadə etdiyimiz musiqilər onu transa salır. Bu zaman ana ağrı və sancıları asan qarşılayır. Şüurunu heç vaxt itirmir. Şüuru yerində olur”.

Psixoloq doğuş prosesindən danışarkən Özgü Namalın hazırlığına və öyrəndiklərini necə tətbiq etməsinə də toxunub:

“Özgü Namal ilə doğuşdan 6 ay əvvəl işləməyə başlamışdıq. Onu psixoloji və emosional olaraq doğuşa hazırladıq. Hazırlıq prosesində öyrəndiklərini mükəmməl mənimsəyə bilib. Özgü xanımın doğuşu bir az uzun çəkdi. Normalda 1-2 saatda baş verməliydi, amma bu dəfə uzandı. Ancaq heç bir problem yaşanmadı. Körpə və ana özlərini çox yaxşı hiss edirlər. Hər ikisi sakit və xoşbəxtdirlər. Qeyd edim ki, bu zaman ana ilə körpənin emosional və zehni bağları daha güclü olur”.

Prosesin evdə gerçəkləşdirilməsinə gəlincə, psixoloq bunun Özgü Namalın istəyi ilə baş verdiyini bildirib:

Uşağın doğumunda otaqda deyildim, amma evdə idim. Özgenin həyat yoldaşı da yanında idi. Son ana qədər xəstəxana mühitinə girmək istəmədi. Ağır sancılar başlayandan sonra risk artır. Ona görə də Özgeni o halda xəstəxanaya apara bilməzdik”.

Ümumiyyətlə, hipnozla doğuş zamanı mühitə də önəm verilir. Psixoloqun fikrincə, belə doğuşda şəraitin necə olması çox böyük önəm daşıyır:

“Hipnozla doğmaq üçün şərait də başqa cür olur. Hipnoz doğum otağı SPA salonuna getdikdə masaj üçün hazırlanan otaqla eyni olur. Estetik cəhətdən romantik dekorasiya olunmuş otaq, şam işığı, səs, musiqi eynilə SPA kimi".

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm