Enn Heteueyi incə saxlayan pəhriz - FOTOLAR
Bizi izləyin

Magazin2

Enn Heteueyi incə saxlayan pəhriz - FOTOLAR

Vegeterianlıqdan imtina edən Enn Heteuey indi daha güclü olduğunu deyib.

Məşhur ulduz bir müddət öncə vegeterianlıqdan imtina etdiyini açıqlayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa özünü indi daha güclü hiss edir.

Aktrisa vegeterianlıqdan imtina etməsinin səbəbini Daş dövrü pəhrizinə başlaması ilə əlaqələndirib. “Harpers Bazaar” jurnalına müsahibə verən ulduz "Özümü yaxşı, sağlam, ən önəmlisi də güclü hiss etmirdim" – deyib.

Xatırladaq ki, Enn Heteuey "Interstellar" adlı filmin çəkilişləri zamanı dublyorlar ilə yanaşı o da 18 kq-lıq kosmonavt paltarını geyinmək məcburiyyətində qalıb. Həddindən artıq zəiflədiyini hiss edən aktrisa vegeterianlıqdan imtina etməli olub. Qidalanma rasionuna balıq və ət əlavə etdikdən sonra itirdiyi enerjini bərpa edib, orqanizmini gücləndirib.

Daş dövrü pəhrizi haqqında daha ətraflı bu linkdən http://publika.az/p/71175 oxuya bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm