İrina Şeykin yeni sevgilisi kimdir? - FOTOLAR
Bizi izləyin

Magazin2

İrina Şeykin yeni sevgilisi kimdir? - FOTOLAR

Dünyanın tanınmış modeli İrina Şeykin yaraşıqlı futbolçu Kriştiano Ronaldodan ayrılandan qısa müddət sonra özünə yeni sevgili tapacağı şübhə doğurmurdu. Amma heç kəsin ağlına gəlməzdi ki, onun yeni sevgilisi Hollivudun sevilən aktyoru Bredli Kuper ola bilər.

Qərb mətbuatının məlumatına görə, ötən axşam model və aktyor dostları ilə birlikdə "Sehrli ölkə" (Finding Neverland) filminə baxmağa gedib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu cütlüyün sevgili olub-olmaması haqqında dəqiq məlumat yoxdur. Amma ulduzlara yaxın olan mənbələr iddia edir ki, onların çox yaxşı dostluq münasibətləri var. Kuperlə İrina Şeyk mətbuat nümayəndələrinə faktı təkzib etsələr də, yaxın vaxtlarda münasibətlərini gizlətməyəcəkləri şübhə doğurmur.

Xatırladaq ki, hər iki məşhur sevgilisindən bu yaxınlarda ayrılıb. Belə ki, İrina Şeyk Ronaldo ilə 5 illik münasibətlərinə yanvar ayında, Bredli Kuper isə 2 illik həyat yoldaşı Syuki Uoterxausla evliliyə mart ayında son qoyub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm