“Mənim mahnılarımı tualetdə dinləyirlər”
Bizi izləyin

Magazin2

“Mənim mahnılarımı tualetdə dinləyirlər”

“Çək əlini qəlbimdən” adlı yeni albomunu tanıtmaq üçün “Best fm” radiosuna qonaq olan müğənni Sərdar Ortaç açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Publika.az-ın məlumatına görə, müğənni ötən il çıxardığı albomun ürəyinə yatmadığını etiraf edib.

“Sənətdəki iyirminci ilimin şərəfinə çıxardığım albom ərəfəsində evləndim. Evliliyin səhəri günü xəstəxanaya düşdüm. İyirmi-iyirmi beş gün xəstəxanada yatdım.

Ona görə də, albomla bağlı detallarla maraqlana bilmədim. İşin başında dayana bilmədiyim üçün o albom ürəyimə yatmadı”, deyən müğənni onu tənqid edənlərə də cavab verib.

“Məni sevməyə bilərlər. Həyat tərzimi bəyənməyə bilərlər. Ancaq mahnılarımı bəyəndiyinizi bilirəm. Utandıqları üçün mənim mahnılarımı tualetdə dinəyirlər. Buna ehtiyac yoxdur”.

Aparıcının “Sizin fikrinizcə, layiq olduğunuz hörməti görmürsünüz?” sualına ifaçı belə cavab verib:

“Kayahan vəfat etdi. “Kayahana hörmət” adlı albom 2 milyon satıldı. Hərhalda, mənim də ölməyimi gözləyirlər. Ancaq asan ölmərəm. Başımdan çox şey keçsə də, hələ ayaqdayam. Ölməyə niyətim yoxdur”.

Müğənni Acun İlıcalıdan gələn iş təklifini qiymətləndirə bilməməsindən də danışıb.

“3-4 il öncə Acun zəng edib “O Ses Türkiyə” deyə bir yarışma təşkil edirəm. Sən də münsif heyəti olmalısan. Kənan Doğuluya da zəng eləmişəm”, -dedi.

Mən isə ““Reina”dayam, qardaş, gəl danışaq”, dedim. Acun əsəbiləşdi, “Mən sənə iş danışaq deyirəm, sən isə məni “Reina”ya çağırırsan”, deyib telefonu üzümə bağladı. “O səs Türkiyə” fürsətini də belə qaçırdım”.

Qeyd edək ki, Sərdar Ortaç son illər mənasız söz yığınından ibarət mahnılar oxumaqda, keyfiyyətsiz musiqi istehsal etməkdə günahlandırılır. Bir vaxtlar milyonlarla pərəstişkarı olan müğənnini bəyənənlərin sayı sürətlə azalır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm