Qırmızı libaslı Serenay Sarıkaya - FOTOLAR
Bizi izləyin

Magazin2

Qırmızı libaslı Serenay Sarıkaya - FOTOLAR

Maqazin Jurnalistləri Dərnəyinin “Qızıl Obyektiv” mükafatları ötən gün öz sahiblərini tapıb.

Bu il 21-si baş tutan mükafatlandırma mərasimində media, siyasət və sənət dünyasının məşhur simaları iştirak edib. Özgə Borakla Əmrə Karayelin aparıcısı olduğu gecənin ən diqqət çəkən ulduzları “Karadayı” və “Medcezir” seriallarının aktyor və aktrisaları olub.

Bergüzar Korel “ən yaxşı aktrisa”, Kənan İmirzalıoğlu isə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Cazibədar Serenay Sarıkaya da mükafatçılar arasında olub.

Bergüzar Korel və Serenay Sarıkaya mükafatlandırma mərasiminə sadəcə mükafatları ilə deyil, həm də qırmızı rəngli libasları ilə damğa vurublar.

Bergüzar Özgür Mansurun yeni kolleksiyasında yer alan libaslardan birini geyinib. Serenay Sarıkaya isə “Zeynep Tosun” imzalı olduqca seksual geyimi ilə bütün nəzərləri üzərində cəmləyib. Serenay yarışəffaf ətəyi ilə dünya ulduzlarının izindən getdiyini və dəbi yaxından təqib etdiyini sübuta yetirib.

Publika.az həmin gecədən fotoları təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm