Məşhur müğənnilər üçün oxuduğu mahnıdan danışdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur müğənnilər üçün oxuduğu mahnıdan danışdı - FOTOLAR

Müğənni Demet Akalın homoseksuallar üçün nəzərdə tutulmuş “Gzone” jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, həmin müsahibədə ifaçı eynicinsli nikahlara münasibətini bildirib:

“Dünyanın bir çox ölkəsində bunu dəstəkləyən qanunlar var. Mən ayrı-seçkilik etmirəm, hamıya insan kimi yanaşıram. Ailə mənim üçün müqəddəsdir. Amma dürüst söyləyim ki, Türkiyədə bu cür evliliklər mümkün görünmür”.

“Gzone” jurnalına həmin müsahibədə Demet Akalın yeni albomunda homoseksuallar üçün mahnı oxuduğunu da bildirib:

“Son albomumda geylər üçün özəl mahnı ifa etmişəm. İnanıram ki, çox seviləcək. Hətta bir çox mahnıdan daha hit olacaq. Bəstənin adı “Günaydın, abla” adlanır. Mahnı “Axşamdan qaldım, başım bir dünya” sözləri ilə başlayır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm