Fransa vətəndaşlığından imtina edən aktyor: “Məni həyat əyyaş edib”
Bizi izləyin

Magazin2

Fransa vətəndaşlığından imtina edən aktyor: “Məni həyat əyyaş edib”

Fransız kinosunun usta aktyorlarından olan Jerar Depardye qatıldığı radio verilişlərindən birində maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, fransız hökumətinin vergi siyasətini tənqid edən və daha sonra Putinin təklifi ilə Rusiya vətəndaşı olan aktyor bundan peşman deyil. Fransız siyasətçilərə nifrət etdiyini bildirən aktyor “Məhz bu səbəbdən dilini belə bilmədiyim bir ölkədə yaşayıram”, - deyib.

Aktyor çox kök olduğunu bildirən pərəstişkarlarına da cavab verib:

“Kök olduğumu düşünmürəm. Yaşıma görə normal kilodayam. Heç vaxt çox arıq olmamışam”.

Karyerası ərzində 181 filmdə rol alan Jerar Depardye bunlardan yalnız 15-i ilə qürur duyduğunu etiraf edib.

Maraqlı açıqlamalarına davam edən aktyor həmişə dürüst ola bilmədiyini və həyatın relsindən tez-tez çıxdığını bildirib:

“Həyatın relsindən çıxmayan insan axmaqdır. Bilirəm, indi bəziləri bu sözlərimə görə, mənə əsəbiləşəcək. Ancaq heç vaxt bütün insanların məni 100 faiz sevmələrini istəməmişəm”.

Medianın onu xalqa əyyaş kimi təqdim etdiyini vurğulayan Jerar Depardye bildirib ki, heç də həmişə içki içmir:

“Məni Fransanın ən məşhur əyyaşlarından biri kimi təqdim edirlər. Ancaq mütəmadi olaraq spirtli içki içmirəm. Mən həyatın əyyaş etdiyi və yaşamaq üçün içən biriyəm. Məncə, günahkar sayılmamalıyam”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm