Cinsiyyətini dəyişən aktrisanın ayağındakı tüklər qalmaqal yaratdı - FOTO
Bizi izləyin

Magazin2

Cinsiyyətini dəyişən aktrisanın ayağındakı tüklər qalmaqal yaratdı - FOTO

Aktrisa Nil Ərkoçlar cinsiyyətini dəyişdirərək kişi olduqdan sonra gündəmdən düşmək bilmir. Hazırda Rüzgar adından istifadə edən aktrisanın sosial şəbəkədə paylaşdığı fotosu qalmaqal yaradıb.

Ona hədiyyə edilən ayaqqabını göstərmək üçün çəkdiyi şəkili paylaşan Rüzgar Ərkoçların ayağındakı tüklər diqqət çəkib.

Onun təqibçiləri “biz tükdən xilas olmaq üçün pul tökürük, sən də özünə tük çıxarırsan” deyə şərh yazıblar. Bəziləri isə Rüzgara dəstək olaraq onun özünü rahat hiss etməsinin daha önəmli olduğunu vurğulayıblar.

Qeyd edək ki, cinsiyyətini dəyişməyə qərar verdiyi gündən bəri hormonlara təsir edən preparatlardan istifadə edən R.Ərkoçların bədəni tüklənib, əzələləri çıxıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm