• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avstraliyanın Robinzon Kruzosu – FOTOLAR/VİDEO

  • Maraqlı
  • 17 İyul 2015 15:22
  • 1 755 Baxış
Avstraliyanın Robinzon Kruzosu – FOTOLAR/VİDEO

Keçmiş biznesmen Devid Qleşen tarixə Avstraliyanın Robinzon Kruzosu kimi düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hər şey qocanın internetdəki tanışlıq saytlarında özünə xanım axtarması barədə elan verdikdən sonra məlum olub. Bir neçə il öncə həyat yoldaşından boşandıqdan və fond birjasında milyonlarla (6,5 milyon) dollar itirdikdən sonra Qleşen hər şeyi ataraq özünün şəxsi adasında yeni həyat qurmaq qərarına gəlib. Adada Kvazi adlı sədaqətli iti ilə yaşayan Qleşin 1987-ci ildən tək yaşamağa üstünlük verib. "Bərpa Adası" adlandırılan adaya birdəfəlik köçmüş Devid bu cür yaşayış tərzinin çox gözəl olduğunu iddia edir. Avstraliya yaxınlığında yerləşən kiçik torpaq insan yaşayışı üçün əlverişlidir. Devid öz müsahibələrində hələ uşaq yaşlarından belə həyat sürməyi arzuladığını bildirir.

Özünün dediyinə görə, o, adaya sevgilisi ilə birlikdə köçüb. Lakin qadın bir qədər sonra adadakı həyatdan bezdiyini deyərək, Devidi tərk edib. Bu səbəbdən Qleşin adada tək qalıb. Lakin müasir "Robinzon Kruzo" adada tək yaşayışın çox yaxşı olduğunu bildirir: "Həyatda ən gözəl ayaşayış adadadır. Siz tam tək və sakit yaşayırsınız. Ən pisi isə odur ki, kiminləsə nəsə paylaşmırsan. Heç nə danışa bilmirsən".

İnternet imkanlarının geniş olduğu bu adaya tez-tez əcnəbi turistlər də üz tutur. Lakin Devid onlarla uzun-uzadı söhbət etmir. Yaşının çoxluğuna baxmayaraq, aktiv və nikbin olan bu qoca adada tərəvəz yığmaqla, pivə hazırlamaqla, hətta internetdə bahalı kağızların satışı ilə də məşğul olur. Artıq özünə normal şərait qura bilmiş Günəş enerjisindən də (Günəş batareyaları vasitəsilə) istifadə etməyi bacarır. Bütün bunlar onun kompüterinin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır. O isə tanışlıq saytlarına daxil olaraq özünə Cümə (Robinzon Kruzonun sevgilisi) axtardığını bəyan edir: "Hərdən ümid edirəm ki, dalğalar haçansa sahilə su pərisi atacaq".

Lakin kimsəsiz, sakit ada ona hər şeyi verib. Boş vaxtlarında balıq tutan, kokos qozu yığan qocanı adadan çıxarmaq istəyən Avstraliyanın inzibati orqanları əməkdaşlarının səyləri nəticəsiz qalıb.

Qeyd edək ki, Devid Qleşin barəsində saysız-hesabsız xəbərlər dolaşıb. Onunaa bağlı bir neçə sənədli film də çəkilib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR