• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu kişi eybəcər sevgilisinə dəlilər kimi aşiqdir - FOTOLAR

  • Maraqlı
  • 24 İyul 2015 00:26
  • 2 426 Baxış
Bu kişi eybəcər sevgilisinə dəlilər kimi aşiqdir -  FOTOLAR

Maykl Hoskin adlı kişi üzü və bədəni yanmış eybəcər sevgilisi ilə nişanlanaraq hər kəsə nümunə olub.

Publika.az xəbər verir ki, Turia Pitt adlı atlet 2011-ci ildə Kimberley Ultra Marafonu zamanı meşə yanğınından ciddi xəsarət alıb. Onun bədəninin 60 faizindən çoxu yanıb. Qız həyata yenidən qayıtmaq üçün bir neçə dəfə əməliyyat olunsa da, onun üzünü bərpa etmək mümkün olmayıb.

Amma Maykl Hoskin sevgilisini çətin günlərində tək qoymayıb. Pitt verdiyi müsahibədə duyğularını belə dilə gətirib: "Məhəbbət dənizində üzürəm. Maykl mənim həyat dostumdur. Onu illərdir tanıyıram, özümü tanıyandan onunla evlilik planları qururuq və sonda sürpriz bir təklif etdi".

Cütlük indi evlilik hazırlıqları ilə məşğuldur.

2011-ci ildə yaşadığı böyük qəzaya baxmayaraq, həyata yenidən qayıdan 26 yaşındakı Pitt inkişaf etməmiş ölkələrdə ehtiyacı olan insanlar üçün xeyriyyə təşkilatı yaradıb. O, ömrünü estetik əməliyyata ehtiyacı olanlara ianə yığmağa həsr edir.

Dəhşətli yanğından sonra Turia Pitt adlı qadın müsabiqənin təşkilatçılarını məhkəməyə vermişdi. Hadisədən sonra haqqında cinayət işi açılan marafonun təşkilatçısı ilə Pittin vəkili arasında keçirilən gizli görüşdə anlaşma əldə edilib. Anlaşmada şirkət rəsmiləri 26 yaşlı atletə 10 milyon dollar təzminat ödəməyi qəbul edib.

Özünə inamı və cəsarəti ilə tez bir zamanda məşhurlaşan Turia 2014-cü ildə Avstraliyanın məşhur "Women Weeklye" qadın jurnalının üz qabığına da çəkilib.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR