İnsanlar üçün gələcəyin şəhəri - FOTO
Bizi izləyin

Bilgi.az

İnsanlar üçün gələcəyin şəhəri - FOTO

"İnsanlar üçün gələcəyin şəhəri, amma maşınsız".

Yaxın gələcəkdə Finlandiyanın paytaxtındakı Yatka-Saarı rayonu məhz bu deviz altında yenidən qurulacaq.

Hazırda Yatka-Saarı layihəsi infrastrukturun hazırlanması mərhələsindədir. Təşkilatçıların planlarına çoxlu yaşayış sahəsinin tikintisi (15 min sakin üçün) və yeni iş yerlərinin (təqribən 6 min) yaradılması daxildir. Tikinti meydanını Vuosaari yük limanını 2008-ci ildə başqa yerə köçürmək hesabına boşaltmaq mümkün olub.

Layihəyə start verən şəhərin hakimiyyət orqanları burada yeni, gözəl və ekolojı cəhətdən təmiz rayon yaratmaq, o cümlədən bu rayonda yaşayıb-işləyənlərin gündəlik tələbatına müvafiqliyə, sosial rifaha, yaşayış məskəninin xüsusiyyətlərindən səmərəli istifadəyə və yeni nəqliyyat siyasətinə nail olmaq məqsədi güdüblər.

Yatka-Saaridə binaların quruluşu mavi səma fonunda Helsinkinin mərkəzini xatırladacaq. Binaların böyük hissəsi 5-7 mərtəbəli nəzərdə tutulsa da, daha hündür binalar da inşa etmək planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm