• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Öpüşmə forması sizi nə qədər sevdiyini göstərir

  • Maraqlı
  • 15 Avqust 2015 01:58
  • 1 286 Baxış
Öpüşmə forması sizi nə qədər sevdiyini göstərir

Öpüşmək münasibətlərdə gözdən yayınan, tərəflərin özünün də fərqində olmadığı həqiqətlərin üzə çıxmasına səbəb olur. Psixoloqlar bildirirlər ki, partnyorunuzun öpüşmə formasına diqqət edərək, sizinlə bağlı fikirlərini öyrənə bilərsiniz.

Bəs, hansı hərəkət, hansı mənanı verir?

Boynunuzdan öpürsə...

Öpüşməyə başladıqdan dərhal sonra boynunuza doğru yönəlirsə, bu, yalnız bir şeyə işarə edir – sevgiliniz sizə qarşı olan hisslərindən əmin deyil. Sizə güvənmir.

Gözləri açıqdırsa...

Ehtiraslı öpüş zamanı qadın da, kişi də gözlərini yumur. Əgər sevgiliniz öpüşərkən gözlərini yummursa, bu onun özünə inamı olmadığını göstərir. Sizinlə öpüşəndə də ağlında başqa məsələlər haqqında götür-qoy edir. Belə adamdan romantika gözləməyin.

İlk addımı siz atırsınızsa...

Öpüşmək üçün ilk addımı daim siz atırsınızsa, bu qarşı tərəfin sizi sevmədiyini göstərir. Üzərinə məsuliyyət götürmək istəmir. Ola bilsin sizin öpüşmə tərzinizdən xoşu gəlmir.

Özünü itirirsə...

Partnyorunuz sizinlə öpüşərkən özünü itirirsə, deməli, ilk günkü qədər aşiqdir.

Əsnəyirsə...

Öpüşdükdən dərhal sonra əsnəyirsə, bunu yuxusunun gəlməsi və yorğunluqla əlaqələndirməyin. Bu sizə qarşı marağının azaldığını göstərir.

Günay Əzizbəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR