• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Yer üzünün ekzotik anaları - FOTOLAR

  • Maraqlı
  • 26 Avqust 2015 07:44
  • 1 772 Baxış
Yer üzünün ekzotik anaları - FOTOLAR

Ana dünyanın müqəddəs varlığıdır. Dünyaya körpə bəxş edən, onu min-bir əziyyətlə böyüdən, tərbiyə edən qadınlar bəzən qeyri-adilikləri ilə tarixə qovuşur, hər kəsin diqqət mərkəzində olurlar.

Publika.az dünyanın qeyri-adi analarının siyahısını təqdim edir:

Tomas Biti – bu şəxs dünyaya qadın kimi gəlib. Lakin keçirdiyi əməliyyatdan və hormon dəyişikliyindən sonra kişi kimi yaşamağa başlayıb. Amma əməliyyatdan sonra qadın orqanlarının dəyidirilməməsi səbəbindən ana olmaq şansına malikdir. Donorun köməyi ilə ana olan kişi-qadın bu imkanları ilə hər kəsi heyrətləndirib. 34 yaşındakı Biti dünyanın ilk kişi-ana adını qazanıb.

Mahadcabin Şeyx adlı qadın isə dünyanın ən kiçik körpəsinin anası kimi tarixə düşüb. Ramaşa Rəhman adı qoyulmuş körpə 10 santimetr boya malik idi.

Elison Spuner - iki fərqli, bir-birlərinə tamamilə bənzəməyən əkizlərin anası kimi məşhurlaşıb. Onun dünyaya gətirdiyi körpələrin gözləri, saçları, dərilərinin rəngi bir-birinə qətiyyən uyğun gəlmir.

Dünyanın ən qoca anası Rayo Devi Loxandır. O, 40 illik müalicədən sonra 70 yaşında ana olub.

Yer üzünün ən kiçik anası 5 yaş 7 aylığında dünyaya övlad bəxş etmiş Lina Medinadır. 5 yaş 7 aylıq uşağın 7 aylıq hamilə olması təkcə onun valideynlərini deyil, həkimləri də təəccübləndirmişdi.

Elizabet Enn Battl isə birinci və ikinci dəfə ana olması illəri arasındakı fərqə görə dünya rekorduna sahibdir. Qadının birinci övladının dünyaya göz açması ilə ikinci övladının doğulması arasındakı zaman fərqi düz 41 ildir.

Zənnimcə, Yer üzünün ən qəddar qadını kimi Maqda Gebbelsin adını qeyd etsək, yanılmarıq. Altı övladının hər birini öz əli ilə zəhərləyib öldürmüş bu nasist qadın sadəcə vəhşi idi. O, övladlarını qətlə yetirməsini nasional sosializmin iflasından sonra bu dünyada yaşamağın "mənasız" olması ilə əsaslandırırdı.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR