• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yer üzünün cəhənnəmi – FOTOLAR

  • Maraqlı
  • 29 Avqust 2015 06:54
  • 1 939 Baxış
Yer üzünün cəhənnəmi – FOTOLAR

Cəhənnəm dedikdə hər kəs günahkar insanların öldükdən sonra düşdükləri yeri xəyalında canlandırır. Lakin Yer üzünün özünün də cəhənnəm adlandırılan əraziləri var. Bu məkanlarda nəinki yaşamaq, heç səfər etmək olmaz. Publika.az Yer üzünün ən təhlükəli, cəhənnəmi adlandırılan əraziləri təqdim edir:

Efiopiyadakı Danakil çöküntüsü - bir damcı da olsa yağışın yağmadığı bu isti məkanda havanın temperaturu müsbət 45-50 C göstərir. Ona görə də Danakil çöküntüsü canlı aləmdən məhrumdur.

Boliviyadakı Yungas Yolu Yer üzündəki yollar arasında ən təhlikəlisi olaraq qəbul edilir və "ölüm yolu" adlandırılır. 3600 metr yüksəklikdə olmasına rəğmən magistral yolun ətrafında hər hansı baryer yoxdur. Həddən artıq dar olan bu yolda hər gün orta hesabla 1 nəfər qəzada dünyasını dəyişir.

Burada ölənlərin ruhuna ehtiram əlaməti olaraq xaçlar qoyulub.

Hondurasın San Pedra Sula şəhəri dünyanın ən təhlükəli şəhəridir. Kriminal ünsürlərin çoxluq təşkil etdiyi şəhərdə gecələr küçəyə çıxmaq olduqca risklidir. Bu şəhərdə orta hesabla hər gün 5 cinayət hadisəsi baş verir.

Sakit okeanın Marian çökəkliyi Yer kürəsinin ən dərin çökəkliyi olmaqla okeanın da ən təhlükəli yeridir. Yeraltı təzyiqin normadan qat-qat çox olduğu bu məkanda insanın vücudu məhv, ciyərləri isə parça-parça olur. Beyinə oksigen getmədiyi üçün insan şüuru 10 saniyə ərzində məhv olir.

Sönmüş vulkan kraterinin bol yağışlarla dolması nəticəsində yaranmış Nyos gölü Kamerunda yerləşir. Fasiləsiz qaynayan maqma sayəsində yerin altından çıxan maddələr göldə püskürmələrə və partlamalara yol açıb. Bu səbəbdən də göldən 20-25 kilometr ərazidə yaşayan hər canlı zəhərlənir.

1986-cı ildə baş verən püskürmələr zamanı 1700 insan və 3500 heyvan bir neçə saniyənin içində məhv olub.

ABŞ-dakı Yelloustone kalderası maqmanın torpaən üzərinə çıxa bilməyəcəyi, partlayacağı təsiri bağışlayan yanardağdır. Partlayış zamanı milyonlarla ton maqma, şəhərli qaz ətrafı bürüyür.

Rusiyadakı Qaraçay gölü dünyanın radiasiya ilə çirklənmiş məkanıdır. Burada 10 dəqiqə qalmaq sizə ölümcül dozada radioaktiv zəhər udmağa başa gələcək. 1968-ci ildə bölgədəki quraqlıq nəticəsində quruyan gölün üzərindəki radioaktiv tozlar yaxınlıqda yaşayan yarım milyon insanın şüalanmasına səbəb olub.

Antarktida – illik ziyarətçi sayı 4000 nəfər olan bu məkanda bircə insan belə, daimi yaşaya bilməz. Saatda 300 kilometr sürəti olan qasırğaların olduğu Antarktidada temperatur 80-90 dərəcə təşkil edir. Bu səbəbdən materiki cəhənnəm adlandırırlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR