• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səhranın ortasında atılmış kinoteatr aşkarlandı-Foto

  • Maraqlı
  • 14 Mart 2014 12:50
  • 763 Baxış
Səhranın ortasında atılmış kinoteatr aşkarlandı-Foto

Eston əsilli fotoqraf Kaupo Kikkas “Google” xəritənin köməkliyi ilə Misirin Şarm-əş-Şeyx şəhəri yaxınlığında atılmış kinoteatr aşkarlayıb.

Xəbər verilir ki, fotoqraf “Google” xəritədən istifadə edərkən Sinay yarımadasında yerləşən nahamar obyektlər görüb. Aşıya və Afrikanı birləşdirən üçbucağın mərkəzində yerləşmiş obyekt açıq səma altında kinoteatr olub. Estoniyalının təəccübünə səbəb isə kinoteatrın məşhur istirahət bölgəsindən bir neçə kilometrdə yerləşməsi və onun haqqında kiminsə xəbər tutmaması olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, səhranın ortasında quraşdırılmış nəhəng kinoteatr 10 il bundan qabaq fransız sahibkarı tərəfindən tikilib. Dəlisov layihəyə qərar verən fransız, Qahirəyə gedərək açıq səma altında kinoya baxmaq üçün lazım olan köhnə kreslo, ekran və digər ləvazimatlar alıb. Kinoteatrda quraşdırılmış generator işə düşmədiyi üçün kino göstərişi dayandırıldı və eləcə də ləvazimatlar səhrada atılıb qaldı. Təəssüf ki, bu seans fransız iş adamı üçün sonuncu oldu.

Bəziləri isə iddia edir ki, xaricinin kinoteatr açmasına yerli əhali razı olmadığından o, hər şeyi ataraq vətəninə dönüb. Beləcə, 150 kreslo səhranın ortasında qalmaqda davam edir.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR