Bilgi.az
Dünyanın tənha balinası-Elmin gizli üzü
Elm adamlarının 1992-ci ildən bəri təqib etdiyi bu balina digər heç bir balinayla münasibət qura bilmir. Yaxşı, bəs bunun səbəbi nədir?
Bu balinanın heç bir dostu və ya ailəsi yoxdur. O həmişə təkdir.Bunun tək səbəbi isə onun digər balinalara görə fərqli bir dildə danışması və balinaların onun dilini başa düşməməsidir. Normal bir balinanın çıxardığı səs 15-25 hertz arasındadır, lakin bu balinada 52 hertz.
Və bu həqiqətən də çox böyük problemdir. O nə qədər qışqırsa da, fərqli səs çıxardığı üçün heç bir balina onu başa düşmür. Lakin səs tezliyindəki bu fərqlilik elm adamlarının onu daha rahat təqib edə bilməsini təmin edir. Buna baxmayaraq, elm adamları bu günə qədər balinanın fərqli səs çıxardığının səbəbini açıqlaya bilmir.
Nəsli tükənən və 58-60 milyon il əvvəl yaşayan Titanoboa adlı nəhəng ilan görənləri heyrətləndirir.
İki gözünüz var və hər biri 130 milyon görmə sinir hüceyrəsindən əmələ gəlir. Və hər bir hüceyrənin içində 100 trilyon atom olduğunu düşünsək, bu rəqəm kainatdakı bütün ulduzların sayından belə daha çoxdur.
Heç bir şey sonsuza qədər yaşaya bilməz ya da davam etməz. Lakin Pi sayı istisna olmaqla... 3.14159265......
Dünyanı yaranmasından bu yana 24 saata sığdırmağa çalışsaq insanlar bu müddətin sadəcə1 dəqiqə 17 saniyəsini doldura bilər.
Əgər bir sözü xatırlamaqda çətinlik çəkirsinizsə, yumruğunuzu sıxın. Bu beyin fəaliyyətinizin artmasına və yaddaşınızı inkişaf etdirməyə kömək edəcək.
Bir köpək balığının qan-damar sistemi.
Səmadakı ulduzların sayı səhradakı qum dənəciklərinin sayından belə çoxdur.
Ağırlığı 600 kq-dan çox olan mavi balinanın ürək damarlarının içinə bir insan girə bilər.
Günəş işıqlarının bir günlük enerjisi ilə dünya 27 il enerji ehtiyacını qarşılaya bilər.
Bu günə qədər olan ən qədim insan beyni. Təxminən 4000 min illik.
Bir stəkanı yarısına qədər su ilə doldursanız belə stəkanın yarısı boşdur deyə bilməzsiniz, ən azı texniki olaraq. Çünki stəkanın qalan yarısı da havayla doludur.
Ay və Dünyanın eyni kadrda olduğu ilk şəkil (Foto: 1979, Voyager)
Dünyanı saran peyklər. Hələ də telefonunuz yaxşı işləmədiyindən şikayət edirsiniz?
Bir fil bir mavi balinanın dilindən daha yüngüldür.
Nərgiz
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq