• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bir filmdən 8 milyon dollar qazanır - FOTOLAR

  • Maraqlı
  • 7 Aprel 2014 17:13
  • 1 936 Baxış
Bir filmdən 8 milyon dollar qazanır - FOTOLAR

Ceki Çan 1954-cü ilin 7 aprelində Honkonqda dünyaya göz açıb. Ona tərcümədə “Honkonqda doğulmuş” anlamını verən Çen Qanşen adı verilib. Ceki adını isə ona avstraliyalı dostları verib. Bəzən o, Çan Kunsan (adın kanton dilində tələffüzü) və ya Fan Şilun (ailənin əsil adı) kimi də qeyd olunur. Ceki Çan aktyor, kaskadyor, kinorejissor, prodüser, ssenarist, tryukların və döyüş səhnələrinin qurucusu, müğənni, filantrop, YUNİSEF-in xoşməramlı səfiri və döyüş incəsənətinin ustasıdır.

100-dən çox kinoda baş rollarda çəkilən Çan dünyanın ən məşhur asiyalı aktyorlardan biridir. Kinodan əlavə, o, müğənniliklə də məşğul olub. Öz filmləri üçün mahnı oxuyan Ceki 1980-cı ildən bəri albomlar da buraxır.

Britaniya imperiyasının cəngavəri tituluna layiq görülüb.

Ceki Çan kasıb çinli ailədə doğulub. Hətta onlar o, qədər kasıb idilər ki, doğumu həyata keçirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Sirr deyil ki, anası onu dünyaya gətirərkən əslən britaniyalı olan mamaçaya satmaq istəyib. Uşaqlıqda ona Yekə Burun deyərdilər. Bir gün qəzəblənmiş müəllimi burnunu sındırdıqdan sonra ona bu adı veriblər. Onun ata-anası vətəndaş müharibəsi zamanı kontinentdən Honkonqa qaçıb. Yalnız 1960-cı ildə Avstraliyaya gələ biliblər. Bu vaxta qədər isə valideynləri Honkonqun Fransadakı səfirliyində ev qulluqçusu və eşik ağası kimi işləyiblər. Ailə Avstraliyada yerləşən Amerika səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Ceki kunq-fu döyüş sənəti ilə də maraqlanırdı.

Ceki Çan 8 yaşı olarkən ilk dəfə kinoya düşə bildi. İlk kinosu “The Love Eterne” olub. Beləliklə, Ceki tezliklə bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, Ceki ətrafda ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı. Yeniyetmə yaşlarında o, “Əjdahanın çıxışı” və “Qəzəbin yumruğu” idi. Qeyd edək ki, “Qəzəbin yumruğu” filmində Ceki Çan Brus Linin rolunu ifa edirdi. Brus Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun davamçısı adlandırırdılar. Artıq 70-ci illərdən etibarən ona oynamaq üçün iri rollar verməyə başladılar. Sonradan isə aktyor özü kino səhnələrini qurmağa başladı.

Bununla yanaşı kinolarında xüsusi xırda zarafatlara və adi əşyalardan istifadə ilə yaradılacaq hərəkətlərə yer verir. Qeyd edək ki, bunların hamısını Ceki özü düşünür və qərar verirdi. Bu növdə yaradılmış hərəkətlər isə unudulmazlığı ilə seçilir və sevilirdi.

Cekinin özü üçün düşündüyü bu formul çox əla nəticələndi və onun yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusi ilə "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Cekinin uğuru düşünülməz dərəcədə qalxdı və o, Honkonqda ən bahalı aktyor adını qazandı. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazdı. Bir sözlə o, kino – konveyerinə çevrilmişdi. 1983-cü ildə öz şəxsi kaskadyor qrupunu yaratdı.

90-cı illərdə aktyora iki dəfə cani rolunda oynamaq təklif olunur, lakin o, bu rolu ifa etməkdən imtina edir. Çan Hollivudun stereotip cani siyahısına düşməkdən qorxurdu.

İlk mükafatını 1994-cü ildə MTV kanalı tərəfindən kinoda göstərdiyi nailiyyətinə görə, aldı.

Ceki Çana məşhurluq 1995-ci ildə “Bronks dağıntıları” filmindən sonra gəldi. O, kinolardan heç də az pul qazanmırdı. Məsələn, “Bronks dağıntıları” filminə görə 4 milyon dollar, “Şanxayda günorta” filmində çəkilməyə görə 5 milyon dollar, bu məbləğin 3 qatını “Pik saatı 2” və “Pik saatı 3” filmlərindən alıb. “Qadağan olunmuş çarlıq” aktyora 6 milyon dollar, “Karate oğlan” filmi isə 8 milyon dollar qazandırıb.

1984-cü ildən pop-ifaçısı Ceki Çan 100-dən çox mahnı və 20 albom buraxdırıb. Aktyor müxtəlif dillərdə - çinin mandarin və kanton dialektində, yapon və ingiliscə də oxuyub. Kinolar ABŞ və Avropada yayımlanarkən mahnılar dəyişdirilir.

O, həmçinin xeyriyyəçi kimi də məşhurdur. Müxtəlif layihələrdə iştirak edərək 2004-cü ildə Hind okeanında baş vermiş sunami və Çində daşqından əziyyət çəkənlərə köməklik edib. Çan 2006-cı ildə öz mülkünün yarısını xeyriyyəçiliyə sərf edib.

Ceki Çanın Hollivudun və Honkonqun Ulduz Xiyabanında şərəf ulduzu qoyulub. Onun haqqında çoxlu kitablar yazılıb.

Ceki Çan tayvanlı aktrisa Lin Fendzyao ilə ailə həyatı qurub. Bir çoxları onların toy gününü 1 dekabr 1982-ci il göstərir, lakin avtobioqrafiyasında bu tarix 1983-cü il kimi qeyd olunub. Bəzi mənbələr oğlu Çen Tszumin doğulduğu tarixi 3 dekabr 1982-ci il göstərsə də, digər mənbələrdə 1984-cü il yazılıb. Ceki Çanın aktrisa Eleyn U Tsili ilə münasibətindən nikahdan kənar qızı olan Etta U Çjolin isə 1999-cu ildə dünyaya gəlib.

Kinolarda tryukların çoxunu həyata keçirən Ceki Çan iddia edir ki, bəzən onun da hərəkətlərini kaskadyorlar ifa edir. Həyata keçirilmiş tryuklar heç də ziyansız ötüşmür. Buna görə də, Ceki Çan bütün dünya sığorta şirkətlərinin qara siyahısındadır. 1986-cı ildə çəkilmiş “Allahın silahı” filmində isə o daha çox zədələnib. Aktyor ağacdan yıxılaraq kəllə-beyin travması alıb. Kino çəkilişləri Yuqoslaviyada keçirilirdi və ssenariyə görə, Ceki ağacdan tullanmalı idi. Alınmış birinci kadrdan məmnun qalmayan aktyor tullanışı ikinci dəfə həyata keçirdi və bu zaman budaqdan yapışa bilməyib yerə yıxıldı. Kəllə sümüyü parçalanmışdı, hətta sınmış sümük beyinə keçmişdi. Qulağından qan gəlirdi. Dərhal xəstəxanaya aparılan aktyor narkoz altında əməliyyat keçirdir. İndi isə başında deşik olan aktyor onu plastik qapaqla ört-basdır edir və sağ qulağı sol qulağına nisbətən ağır eşidir. Bundan əlavə, o, digər kino çəkilişləri zamanı dişini, çanaq sümüyünü, burnunu, barmaqlarını, hər iki ayağını, çənəsini sındırıb, əllərində kəsiklər yaranıb, əlini yandırıb, yıxılaraq huşunu itirib, boyun, onurğa, göz, qaş, çiyin və sair digər orqanlarından zədə alıb.

Çinli olmasına baxmayaraq, o, çin dilində çox pis yazır. Evində kitabların sayı olduqca azdır. Məktəbdə qrammatika dərsində şagirdlərin hərəsi bir işlə məşğul olduğu üçün çin qrammatikasını pis bilir. Yetkinlik yaşına çatdıqda isə o, artıq ingilis dilini öyrənməyə başlayır.

1976-cı ildə gözlərini böyütmək üçün əməliyyat elətdirib. “Sərxoş usta” filminin çəkilişi zamanı tryuku həyata keçirdərkən yıxılıb gözünü zədələyir. Əməliyyat olunandan sonra Ceki gözləri arasında fərqi görür. Bundan sonra isə digər gözünü də əməliyyat edərək böyüdür.

Heç bir sığorta şirkəti Ceki Çanı sığortalamır. Gün ərzində 4-5 saat yatır. Kinolarında erotik səhnələr, zorakılıq, söyüş olmur.

O, aktyor kimi 80 filmdə, kaskadyor kimi 11 filmdə çəkilib, 15 filmdə rejissor, 11 filmdə isə prodüser olub.

“Ceki Çan Fondu” yaradaraq 10 yetim uşağı övladlığa götürüb, xaricdə yaşayan 50 çinli uşağa himayədarlıq edir, bir neçə universitet tələbələrinin təhsil haqlarını ödəyir, bir neçə uşağın isə müalicəsi və xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün pul ayırıb.

Bilyard, domino, avtomobil və kart oyunlarına marağı çoxdur.

Puluna çox qənaət edir. Evində qulluqçusu belə yoxdur, corab və alt paltarlarını özü yuyur.

O, nə çəkir nə də içir, kofe belə içmir.

Qan qrupu 4+, boyu 172 sm, çəkisi isə 62 kq-dır.

Çin ( mandarin, kanton, şanxay, şaldun, çaoçjou ləhcələrində), ingilis, yapon, koreya, tayland dilini bilir. Honkonq, Avstraliya, Amerikan vətəndaşlığı var.

Öləndən sonra xatırlanmağını istəyir və bu həyatda yalnız can sağlığı arzu edir.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR