• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tehranda çirkli hava saatda 2 nəfərin həyatına son qoyur

  • Maraqlı
  • 26 Aprel 2014 14:04
  • 486 Baxış
Tehranda çirkli hava saatda 2 nəfərin həyatına son qoyur

Tehranda havanın çirkli olması səbəbindən saatda iki nəfər vəfat edir. Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bu gün Tehranda sağlamlıq həftəsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Ə.Səyyari bildirib ki,Tehranda 70 minə yaxın standartlara uyğun olmayan və köhnə avtomobil mövcuddur ki, bu avtomobillərin hər biri standartlara cavab verən avtomobillərlə müqayisədə üç dəfə çox havanı çirkləndirir.

Qeyd edək ki, bundan öncə İran saytları məlumat vermişdilər ki, Tehranda havanın çirkli olması səbəbindən hər il 4 mindən çox insan vəfat edir. Tehranda havanın çirklənməsinə gətirib çıxaran başlıca amil nəqliyyat vasitələridir.

Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.

Ə.Səyyari, həmçinin ölkədə diabet xəstələrinin, infarkt və insult keçirənlərin və QİÇS-ə yoluxanların artmasından danışıb.

Nazir müavini deyib ki, ölkədə 26 milyon nəfər artıq çəkidən əziyyət çəkir və bu, onlarda qan təzyiqinin və diabet xəstəliyinin artmasına gətirib çıxarır.

Onun sözlərinə görə, İranda ən əsas iki problem var ki, onlardan biri venadaxili narkotikin istifadəsi və QİÇS-ə yoluxma hallarıdır: "Ölkədə 30 min nəfər venadaxili narkotik qəbul edir".

İranın QİÇS ilə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 100 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 27 minə yaxını qeydiyyata alınıb. İran KİV-in məlumatına görə, bu virusa yoluxanların 75 faizi öz xəstəliklərindən xəbərsizdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR