Bilgi.az
150 milyon dollarlıq atanın 5 milyon dollarlıq balası - FOTO
Dünyanın ən bahalı atı sayılan və qiyməti 150 milyon dollar olan Frankelin balası, balaca dayçaya ümidlər böyükdür.
İngiltərənin Saffolk qraflığındakı Nyumarket şəhərində yerləşən
Milli Cıdır Stadionunda bəslənən və saxlanan Frankelin balası,
balaca "Tudi" adlı dayçanın qiyməti isə 5 milyon dollardır.
Ayğır Frankel dünyanın ən bahalı atı olmaqla yanaşı, ən məhsuldar
"ata"dır. Belə ki, o, indiyədək 133 dayçanın atası olub.
Qatıldığı 14 cıdırın hamısında qalib gəlmiş Frankel dəyərindən dəfələrlə artıq məbləği sahiblərinə qazandırıb.
Son cıdırına 2012-ci ildə çıxarılan Frankel indi "təqaüd"dədir.
Mütəxəssislərin dediklərinə görə, balaca Tudi də atasının
uğurlarını təkrarlamaq və məşhur çempion olmaq şanslarına
malikdir.
Frankel indi Nyumarketin yaxınlığındakı Banstead Manor Farm-a
köçürülüb və burada 133 madyanla birlikdə saxlanılır./milli.az
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO