Dəhşətli kadrlar: kəsik başı özünü dişlədi - VİDEO
Bizi izləyin

Bilgi.az

Dəhşətli kadrlar: kəsik başı özünü dişlədi - VİDEO

ABŞ-ın Alabama ştatında yaşayan Sem Billiter unikal kadrlar çəkib. O, Amerikanın ən zəhərli ilanlarından biri sayılan "misbaşlı" və ya "zınqırovlu" adlandırılan ilanla (Agkistrodon contortrix) bağında qarşılaşanda özünü itirməyib.


Əlindəki bellə ilanın başından vuraraq onun kəlləsini bədənindən ayıran S.Billiter bundan sonra əlindəki smartfonla ilanın videogörüntülərini çəkib.


Unikal olay da elə həmin vaxt yaşanıb.


İlanın başsız qalmış bədəni qıvrılıb və bu zaman quyruq bir kənara düşmüş başa dəyib. İlanın kəsik başı dərhal bədəni dişləyib./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm