Qeyri-adi insanlar barədə şok faktlar
Bizi izləyin

Bilgi.az

Qeyri-adi insanlar barədə şok faktlar

Qeyri-adi insanlar barədə şok faktlar

Onlar aramızda yaşayırlar, xarici görünüşlərinə görə də adi insanlardan heç nə ilə fərqlənmirlər. Ancaq bu, ilk baxışda belə görünür, reallıqda isə məsələ fərqlidir. Bu gün belə qəribə insanlardan bir neçəsi barədə danışacağıq.

Vimm Xoff - 48 yaşlı daniyalını bütün dünya tanıyır. O, Arktikanın ən soyuq sularında üzür. Adi adam üçün buzlaqlar arasında üzmək ölümlə nəticələnə bilər. Daniyalıya isə soyuq kar etmir. Orqanizmindən şikayəti də yoxdur. Həkimlər onun bədənini dəfələrlə müayinə ediblər. Amma onun orqanizminin soyuğadavamlılığının sirrini tapa bilməyiblər.

Key Andervurd - İngiltərə vətəndaşı olan bu gənc qız həyəcanlanan kimi huşunu itirir. O, hər şeydən həyəcanlana bilir. Uşaq çığırtısı, qorxu, adi gülüş belə Key Andervurdu sarsıdır. Elə gün olur ki, Key 40 dəfə huşunu itirir.

Sara Kepmen - bu yaşlı qadının fenomenal yaddaşı var. Sanki kompüterdi. Son 25 ildə gördüyü, eşitdiyi hər bir şeyi dəqiqəsinədək yadda saxlayıb. Məsələn, soruşsanız, 7 iyun 1988-ci ildə marketə girərkən gördüyü satıcıları, hətta alıcıları belə, ətraflı təsvir edə bilər. Yaddaşı fleş-kart kimi bütün hadisələri özünə həkk edir.

Mister Perri - İngiltərə sakini olan bu kişi nadir xəstəlikdən əziyyət çəkir. Lipodistrofiya adlanan mərəzə tutulmuş Perridə dərialtı piy qatı yoxdur. 59 yaşlı bu kişi səhərdən axşamadək durmadan yağlı yemək, tort şirniyyat yesə də, bir qram kökəlmir. Dərialtı piy qatı olmadığından orqanizm daxil olan kaloriləri həmin andaca yandırır.

Kris Sends – bu avstraliyalı kişi 20 ildir ki, fasiləsiz hıçqırır. Hıçqırıq ona bir dəqiqə belə rahat olmağa imkan vermir. Bu qəribə xəstəlikdən qurtarmaq üçün Kris yoqa ilə məşğul olub, ən nüfuzlu hospitallarda müalicə alıb. Amma hıçqırıq dayanmır ki, dayanmır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm