Bilgi.az
Lavrov Məmmədyarova: “Bizə çay gətirin”
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan üçün geosiyasi baxımdan xeyli isti keçən iyun ayının ən mühüm hadisələrindən biri kimi diqqət mərkəzində qalır.
Vrtualaz.org xəbər verir ki, “İzvestiya” qəzetinin Lavrovu
Bakıya səfərdə müşayiət edən əməkdaşı onun görüşlərindən bəzi
maraqlı epizodlara, habelə Azərbaycan və Rusiya diplomatik
çevrələrindəki qaynaqların şərhlərinə yer verib. Qəzet yazır ki,
təcrübəli siyasətçi olan və diplomatik etiketə, eləcə də ümuminsani
prinsiplərə riayət edən S.Lavrov Azərbaycan rəhbərləri ilə
görüşlərinə başlamazdan əvvəl Fəxri Xiyabanda olub, Heydər Əliyevin
və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Bundan sonra
azərbaycanlı həmkarı Elmar Məmmədyarovla gorüşə tələsib.
Məmmədyarov isə Lavrovu XİN-in binasının girişi qarşısında, küçədə
gözləyirdi.
– Mən Sizi qarşılamaq üçün şəxsən çıxmışam,– deyə rusiyalı qonaqla
isti görüşən Məmmədyarov bildirib.
Nazirlər yuxarı qalxıblar və əvvəlcə üzbəüz, daha sonra geni
tərkibdə müzakirələr aparıblar.
– Nə içəcəksiniz? Çay?– Məmmədyarov Lavrovdan soruşub. Dərhal
jurnalistlərə işarə ediblər ki, otağı tərk etmək lazımdır, nazirlər
qapalı qapılar arxasında müzakirə aparmalıdır.
– Hə, çay! –Rusiya XİN rəhbəri məmnuniyyətlə bildirib.
– Onda bizə yaxşı çay gətirin! Düz stəkanlarda! – kabinetin xozeyni
öz protokol xidmətinə tapşırıq verib.
Görünür, yaxşı çay nazirlərin Yaxın Şərqdəki vəziyyətdən tutmuş
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qədər geniş spektrdə
məsələləri müzakirə etməsi üçün əlavə impuls verməli idi.
“Lavrovun gəlişindən bir neçə gün əvvəl Azərbaycanın
qonaqpərvərliyini Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozo öz üzərində hiss etmişdi” qəzet yazır.
Rusiya XİN-ə yaxın mənbə “İzvestiya”ya bildirib ki, son vaxtlar
Avropa Komissiyası Bakı ilə Şərq Tərəfdaşlığı formatında işləri
intensivləşdirib. Bundan başqa Avropa Rusiya qazından yaxa
qurtarmağa çalışır və bu məqsədlə Türkmənistan qazının
Azərbaycandan keçmələ Avropaya nəqlində maraqlıdır.
Azərbaycan Şərq Tərəfdaşlığı proqramında iştirak edir, ancaq bu
istiqamətdə işləri dondurub. Bunu isə Azərbaycan XİN-dəki mənbə
rusiyalı jurnalistə bildirib. Onun sözlərinə görə, Azərbaycan
rəhbərliyi Rusiya ilə əlaqələrin yüksək səviyyədə olmasından və
“strateji tərəfdaşlıq” kimi xarakterizə edilməsindən məmnundur.
Bakı Aİ ilə münasibətlərdə də belə prinsipə üstünlük verir.
– Assosiasiya haqda müqaviləni biz imzalamadıq, hərçənd ki, onlar
təklif edirdilər. Lakin Avropa İttifaqının bizim üçün praktiki
əhəmiyyət kəsb edən proqramlarında iştirak edəcəyik. Məsələn,
təhsillə bağlı birgə proqramda və öz məhsullarımızı Avropa
bazarlarına çıxara bilmək üçün kənd təsərrüfatının
modernləşdirlməsində, -deyə XİN-dəki mənbə bildirib.
Məmmədyarovun kontorunun nümayəndəsi adının açıqlanmaması şərti ilə
rusiyalı jurnalistlə söhbətini davam etdirərək deyib ki,
Azərbaycanda “adında “ittifaq” sözü olan bütün təşkilatlardan”
beziblər, istər qərb strukturu olsun, istərsə şərq
Qəzet xatırladır ki, ayın axırında Rusiya baş nazirinin müavini
Dmitri Roqozin, daha sonra Dövlət Dumasının spikeri Sergey Narışkin
Bakıya gələcəklər. Onlar da Azərbaycanı Avrasiya İttifaqına
qoşulmağa inandırmağa çalışacaqlar.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi