Havadakı təyyarənin qapısını açsaq nə olar?
Bizi izləyin

Bilgi.az

Havadakı təyyarənin qapısını açsaq nə olar?

Havadakı təyyarənin qapısını açsaq nə olar?

Bir çox insanın maraqlandığı mövzudur... Təyyarə havada olanda qapısı açılsa nə olar?

Bəzi internet saytlarında gəzən qorxunc hekayələr insanların təyyarələrə olan güvənini azaldır.

Deyilənlərə görə, təyyarə havadaykən qapını açan sərnişin havadakı təzyiq fərqinə görə çölə çəkilib və havada gözdən itib. Hətta təyyarə yerə enmək təhlükəsi ilə üz-üzə qalıb.

Yaxşı, bəs bu mümkündür?

Bu cür hekayələrin əksinə mütəxəssislər tam əksini söyləyir.

Uçuş mütəxəssisləri və təyyarə mühəndislərinin açıqlamalarına görə, təyyarə havada olanda çıxış qapılarının açılması mümkün deyil.

Yaxşı, bəs niyə?

Çünki bu qapılar içəri tərəfə açılır və təyyarədəki hava təzyiqi ilə çöldəki hava təzyiqi arasındakı fərq kiminsə bu qapını içəridən açmasına mane olur.

Çaxnaşmaya düşən sərnişinlər təyyarənin qapısını açmağa çalışsa, hətta saatlarla qapını açmaq istəsə də buna müvəffəq olmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm