• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vəhşi şimpanzelərin lüğəti ...

  • Maraqlı
  • 8 İyul 2014 01:15
  • 649 Baxış
Vəhşi şimpanzelərin lüğəti ...

İlk dəfə olaraq, Şotlandiyadakı Sent-Endrü Universitetinin alimləri Uqandanın 80-dən çox vəhşi şimpanzesinin davranışını müşahidə edərək onların bir-birləri ilə ünsiyyət zamanı istifadə etdikləri müxtəlif jestlərin izahını veriblər.

ANS PRESS-in məlumatına görə, iyulun 2-də “Current Biology” jurnalında dərc olunmuş məqalədə Sent-Endrü Universitetinin primatoloqları Ketrin Xobayter və professor Riçard Birn Afrika dövlətinin tropik meşələrində vəhşi şimpanzeləri müşahidələrindən bəhs ediblər. Onlar müəyyən ediblər ki, heyvanlar ən azı 19 müxtəlif və unikal mənaları ifadə etmək üçün ümumiyyətlə, 66 jestdən istifadə edirlər.

“The Telegraph” qəzetindən Tom Bruks-Pollokun sözlərinə görə, Xobayter və Birnin aşkar etdikləri jestlər arasında bir şimpanzenin digərinin hər hansı bir hərəkəti dayandırmasını xahiş etmək üçün ona əl çalması, yarpağı dişləməklə eşq elan etməsi, başqa şimpanzeni kənara çəkilməyə çağırmaq üçün əllərini kəskin şəkildə aşağı salması və ya hər hansı bir predmeti istəyəndə əllərini yuxarı qaldırması kimi jestlər göstərmək olar.

Tədqiqatın müəllifləri bildiriblər ki, onların topladıqları məlumat belə bir qədim nəzəriyyəni təsdiq edir ki, bioloji cəhətdən insanla daha sıx bağlı olan varlıqlar doğrudan da bir-birləri ilə ünsiyyət zamanı müəyyən məqsəd daşıyırlar. Ekspertlər şimpanzelərin ünsiyyət üçün jestlərdən istifadə etdiklərini çoxdan bilsələr də, bu, məhz onların danışdıqlarını müəyyən etməyə imkan verən ilk tədqiqatdır.

Xobayter “BBC News” üçün müsahibəsində qeyd etmişdir ki, bu jestlər heyvanlarda aşkar edilmiş yeganə intensional ünsiyyət formasıdır ki, bu da insanlarla şimpanzeləri onların bir-birinə məlumat göndərmək üçün istifadə etdikləri ümumi kommunikasiya sistemi olan varlıqlara çevirir.

Tədqiqat zamanı Xobayter və Birn qarşılıqlı kommunikasiya hərəkətlərini qeydə almaq üçün videolentdən istifadə edib, 4500-dən çox müxtəlif növ jest aşkara çıxarıblar. Lakin alimlər əsas diqqəti yalnız oyundankənar istifadə olunan jestlərə yönəldiblər, çünki oyun zamanı istifadə edilən jestlər öz faktiki informativ mənasını daşımaya da bilər. Ümumiyyətlə, alimlər informasiyanı ötürmək üçün şimpanzelərin istifadə etdikləri 66 jesti fərqləndirə biliblər.

Xobayter növbəti tədqiqat obyektinin jestlərin mümkün məna variantlarının öyrənilməsi olacağını bildirərək deyib: “İnsan sözləri kimi bəzi jestlərin bir neçə mənası var, amma əsas budur ki, bu jestlərin məna yükünü şimpanze onlardan kimin istifadə etməsindən asılı olmayaraq, eyni cür qəbul edir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR