Bilgi.az
Oruc tutanlara imsaqda çay içməyin zərəri ...
“Gün ərzindəki susuzluğun və hərarətin
qarşısını almaq üçün imsaqda (obaş) çoxlu çay içmək fikri səhvdir”.
Bunu Türkiyədəki pəhriz mütəxəssisi Zərrin Delibaş Tez deyib. Tez,
oruc tutanların ramazan ayını sağlam keçirmələri üçün sahurda qəbul
etdikləri qidalara diqqət etməli olduqlarını
vurğulayıb:
“Sahur vaxtı ağır yeməklərdən imtina etmək
lazımdır. Əks təqdirdə bədən öz müqavimətini itirər, bağırsaqların
fəallığı azalar mədə problemləri özünü göstərər. Bu səbəbdən də
yüngül qidalar qəbul etmək lazımdır. İmsaqda əsasən göyərti və sulu
yeməklər yemək məsləhətdir. Gün ərzində meydana gələcək susuzluğu
və hərarəti azaltmaq üçün çay içmək fikri isə səhvdir. Çayın
tərkibində çox miqdarda sodium var. Bu, insanın gün ərzində
susamasına səbəb olur”.
Çayın tez-tez ayaqyoluna getmək ehtiyacı
yaratdığını deyən mütəxəssis bildirir ki, bu vəziyyət bədənin
mineral və vitamin tarazlığını pozur.
“İnsanda bədənin ehtiyacı olan mayenin vücudda
qalmasını təmin edən “ADH” hormonu var. Çay bu hormona təzyiq
göstərir və çaydan sonra ayaqyolu ehtiyacı da bu səbəbdən yaranır.
Bədənin ehtiyacı olan mayenin çay içdikdən sonra ifraz edilməsi
mineral və vitamin itkisini də sürətləndirir. Bu səbəbdən də
sahurda çay içmək fikri səhvdir”.
Oruc tutacaq insanın sahurda su və sulu qidalar
qəbul etməli olduğunu deyən Tez yaşıl bibər, cəfəri və s. bu kimi
təbi qidaların da faydalı ola biləcəyini qeyd edib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi