• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Cavanlıq cövhəri - 5 ildə bir dəfə

  • Maraqlı
  • 15 İyul 2014 08:36
  • 657 Baxış
Cavanlıq cövhəri - 5 ildə bir dəfə

Tibet loğmanlarının hazırladıqları “Cavanlıq eliksiri” illərin sınağından çıxaraq qədim dövrlərdən bu günlərə qədər dəyərli, orqanizmə ən faydalı və onu cavanlaşdıran bir cövhər kimi məşhurluğunu saxlamaqdadır. Hazırda dünyanın bir çox ölkələrində bu çövhər maraqla qarşılanır və hazırlanaraq istifadə olunur.

Modern.az saytı bu marağı nəzərə alaraq cavanlıq cövhərinin hazırlanma və istifadə qaydalarını təqdim edir.

350 qram sarımsağın şirəsi çıxarılır, üzərinə 30-50 qram zeytun yağı əlavə edilir və 300 qram təmiz spirtlə qarışdırılır. Alınmış kütlə ağzı kip bağlanmış şüşə qabda qaranlıq və sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra tənzifdən süzülür və yenidən 3 gün eyni şəraitdə saxlanılır. Artıq 3 gündən sonra cavanlıq eliksiri hazırdır.

Cövhərdən istifadə cədvəldə göstərildiyi kimi ciddi rejimlə qəbul olunmalıdır. Hər günə uyğun göstərilən damcılar 50 qram soyuq südə əlavə olunaraq içilməlidir.

GÜNLƏR SƏHƏR GÜNORTA AXŞAM

1-ci gün 1 damcı 2 damcı 3 damcı

2-ci gün 4 damcı 5 damcı 6 damcı

3-cü gün 7 damcı 8 damcı 9 damcı

4-cü gün 10 damcı 11 damcı 12 damcı

5-ci gün 13 damcı 14 damcı 15 damcı

6-cı gün 15 damcı 14 damcı 13 damcı

7-ci gün 12 damcı 11 damcı 10 damcı

8-ci gün 9 damcı 8 damcı 7 damcı

9-cu gün 6 damcı 5 damcı 4 damcı

10-cu gün 3 damcı 2 damcı 1 damcı

10 gündən sonra yerdə qalan cövhər hər gün 3 dəfə 25 damcı, yenə də 50 qram südə əlavə olunmaqla qəbul edilir.

Bu cavanlıq cövhərinin təkrar qəbulunu növbəti dəfə yalnız 5 ildən sonra etmək olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR