• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Oğru “sxodka”sında şok olay: Miron “həmkarı” Edik Osetrinaya əl qaldırdı

  • Maraqlı
  • 15 İyul 2014 12:35
  • 1 254 Baxış
Oğru “sxodka”sında şok olay: Miron “həmkarı” Edik Osetrinaya əl qaldırdı

Ötən həftənin cümə günü Moskvada qanuni oğruların “sxodka”sında (toplantı) insident yaşanıb.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, son zamanlar avtoritetini itirən gürcü qanuni oğru, Miron ləqəbli Dmitri Çanturiya toplantıda xoşagəlməz halla üzləşib.

Əsasən, slavyan oğruların yığışdığı “sxodka”da tanınmış qanuni oğru Edik Osetrinanın atmacaları Mironu özündən çıxarıb.

Edik “bunun oğruların arasında nə işi var” deyəndən sonra Miron özünü saxlaya bilməyib və hamını gözü qarşısında Edik Osetrinaya zərbələr endirib. Deyəsən, Edik də elə bunu gözləyirmiş.

Ara sakitləşən kimi Edik Osetrina deyib ki, özünü xuliqan kimi aparan, hərəkətlərinə cavabdehlik edə bilməyən şəxs oğru adı daşıya bilməz.

Toplantıda iştirak edən qanuni oğrular Şişkan, Türik, Potap və başqaları da Edikin dediklərinə haqq qazandırıblar.

Bundan sonra Mironun qanuni oğru adından məhrum edilməsi, yəqin ki, gözləniləndir. Sözsüz ki, bu baş verəcəyi təqdirdə Miron da Edikdən intiqam almağa çalışacaq.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR