• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Erkən yaşlanmadan necə qurtulmaq olar?

  • Maraqlı
  • 20 İyul 2014 02:24
  • 3 912 Baxış
Erkən yaşlanmadan necə qurtulmaq olar?

Küncütdən əldə edilən yağ onun özü qədər qiymətli məhsuldur. Küncüt yağının xüsusilə dəriyə faydası çox böyükdür. Küncüt yağı hər yaşda istifadə edilən ideal dəri yağıdır.

Yağın üstün xüsusiyyətlərinin olmasını təmin edən onun tərkibindəki vitamin, mineral, antioksidanlar və lesitinlə zəngin olmasıdır. Xüsusilə A, B və E vitaminləri baxımından zəngin, omeqa-6 və omeqa-9 yağ turşuları ehtiva etməsi küncüt yağının dəyərini daha da artırır.

Əslində küncüt yağı yalnız xaricdən deyil, daxili olaraq da istifadə edilə bilər. Necə istifadə edilməsindən asılı olmayaraq, hər iki halda insanın sağlamlığına faydası çox böyükdür.

Faydaları:

Quru dərini yumşaldır.

Cinsi gücü artırır.

Ana südünü artırır.

Şəkər xəstələrinin dostudur.

Ağrılı və nizamsız menstruasiyanı normala çevirir;

Qəbizliyə kömək edir;

Sellüllitə qarşı çox faydalıdır;

Revmatizmaya qarşı şəfalı yağdır.

Ehtiva etdiyi lesitin və digər maddələr dəridə uzun müddət pozulmadan qala bilər. Bu da dərinin erkən yaşlanmasının qarşısını alır.

Saçı, dırnağı, qaşı, kirpiyi gücləndirir və yaxşılaşdırır. Bunun üçün masaj şəklində tətbiq edilir.

Dərini qidalandırır, masaj yağı olaraq da istifadə edilə bilər.

Duşdan sonra hər tip dəri üçün istifadə edilə bilər.

Günəş şüalarına qarşı qoruyur.

Günəşə qarşı çox güclü qoruyucu təsiri var.

Sidik qovucu və qaz çıxarıcı xüsusiyyətləri var.

Tərkibində olan lesitində görə beyin və sinir hüceyrələrini gücləndirir.

Küncüt yağı sənayedə də istifadə edilir. Xüsusilə lüks keyfiyyətli sabunlarda, kremlərdə, losyon və şampunların tərkibində istifadə edilir.

Eyni zamanda, yeməklərdə günəbaxan yağının yerinə istifadə olunduqda insanlara fərqli ləzzət bəxş edir.

İstifadə qaydası:

Nəmləndirici olaraq duşdan sonra bədənə masaj edilərək tətbiq edilir.

Saç baxımında - badam, fındıq və şam yağları ilə birlikdə istifadə edilə bilər.

Daxili və xarici olmaq üzrə iki şəklidə istifadə edilən küncüt yağının daxili istifadəsi üçün həkim məsləhəti ilə acqarına gündə bir çay qaşığı içilməsi tövsiyə edilir.

Xaricdən istifadə üçün isə dəriyə, saça, masaj şəklində tətbiqi məqsədəuyğundur.

Saç üçün: 2 xörək qaşığı küncüt yağını barmaqların ucu ilə masaj edərək saç diblərinə çəkin. 20 dəqiqə saxladıqdan sonra şampunla saçları yumaq lazımdır.

Dırnaqların möhkəmliyi üçün: Gecə yatmazdan öncə dırnaqlar olan hissəni küncüt yağı ilə masaj etmək lazımdır.

Üz üçün maska: 1 çay qaşığı küncüt yağı ilə hər hansı efir yağından 1-2 damcı və 4-5 damcı limon şirəsini qarışdırıb dairəvi hərəkətlərlə üzə çəkirik.1 saat saxladıqdan sonra ilıq su ilə yuyuruq.

Xəbərdarlıq: 10 yaşından kiçik uşaqlarda istifadə edilməməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR