• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sulfat turşusu qurbanları – Fotolar

  • Maraqlı
  • 24 İyul 2014 13:05
  • 1 426 Baxış
Sulfat turşusu qurbanları – Fotolar

Popi Rani Dasın iyirmi bir yaşı var. O, Banqladeşin mərkəzi rayonu Kişorqancdandır. Qız bütün gənclər kimi, aşiq olub və sevdiyi kişiyə ərə gedib. Onun evliliyinə hətta valideynləri də xeyir-dua veriblər.

Lakin toydan 2 ay sonra Popi şəhər xəstəxanasına düşüb. Məsələ burasındadır ki, valideynləri qıza cehiz verə bilmədiklərindən, əri Prodep onu sulfat turşusu içməyə məcbur edib. Niyyət isə Popini qətlə yetirib başqa bir qadınla evlənmək olub. Xoşbəxtlikdən, sağ qalan Popi paytaxt Dəkkə şəhərində yerləşən xəstəxanaya çatdırılıb. Lakin onun ağız boşluğu və həzm sistemi yanıb. Nəticədə, qadın hər dəfə qidanı dəhşətli ağrılarla qəbul etməli olur. O, artıq bir ildir ki, xəstəxanadadır.

Bu, ölkədə yeganə hadisə deyil. Sulfat Turşusu Qurbanları Fondu hər il Banqladeşdə onlarla belə kişi, qadın və uşağı xilas etməli olur.

Ölkədə cinayət faktları daha çox qohumlar arasında mülk davası ilə bağlıdır. Məsələn, qırx yeddi yaşlı Müəzzin Əbdül Kaderə torpaq mübahisəsi zəminində əmisi oğlu sulfat turşusu ilə hücum edib.

Bu kimyəvi turşunun köməyi ilə törədilən cinayət halları Banqladeşdən başqa, Pakistan, Kamboca, Nepal, Uqanda, hətta Böyük Britaniyada da kütləvi hal alıb. Bu kimi hadisələr ər və arvad, ayrılmış sevgililər və hətta biznes rəqibləri arasında baş verir.

On dörd yaşlı Şamol Kumarın atası ailəni tərk etdikdən sonra qonşuların qadına gözü düşüb. Amma qadın onların istəyini yerinə yetirməyib və bundan qəzəblənən kişilər bir gecə onların evlərinə gələrək, yatmış ana ilə oğulun üzərinə sulfat turşusu töküblər.

Qırx üç yaşlı Mokammala Ritanın da bacısı qonşusu ilə cinsi əlaqəyə girməkdən imtina etdiyi üçün hücuma məruz qalıb. Üzünə sulfat turşusu atılan qadın ömürlük kor qalıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR