• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ruhlar alt paltarımı oğurlayıb”

  • Maraqlı
  • 12 Avqust 2014 13:30
  • 976 Baxış
“Ruhlar alt paltarımı oğurlayıb”

Təlaş içində olan Polina Hikson etiraf edib ki, onu qarabaqara izləyən, alt paltarını oğurlayan və hətta onun hamamından istifadə edən ruhların əlindən yaşayış yerini düz yeddi dəfə dəyişməli olub.

İlk dəfə Hiksonun alt paltarı itərkən onun ağlına belə gəlməyib ki, bu, onun həyatını məhv edən, iki il boyunca onu izləyəcək cəhənnəmin başlanğıcıdır. Əlli səkkiz yaşlı qadın deyir ki, onun büstqalterini oğurlayan, zinət əşyalarından və hamam otağından istifadə edən ruhlara görə yaşayış yerini iki il ərzində 7 dəfə dəyişməli olub. Yalnız ruhların qovulması üçün istifadə edilən az tanınmış texnikanın köməkliyi ilə o, evində rahat otura bilib.

Hər şey isə onun iki il əvvəl Böyük Britaniyanın Şimali Hall adlanan yerdə bağ evinə köçməsindən başlayır. Orada yaşadığı bir həftə müddətində qadın keçirdiyi hissləri izah edə bilməyib. Bundan əlavə, evdə qeyri-adi hadisələr baş verməyə başlayıb: divarlardan şəkillər düşüb, hamam otağında qəribə cızıqlar peyda olub, bu azmış kimi, Hikson evdə ola-ola kimsə hamam otağından istifadə edib.

Qadının sözlərinə görə, günlərin birində mağazadan qayıdan qadın mətbəxə sanki bomba düşdüyünü görüb. Bundan sonra o, yaşayış məkanını dəyişməyi qərara alıb. Maraqlısı budur ki, ruhlar onu təzə evdə də izləməyə davam edib.

Bir neçə aydan sonra Hikson yenidən Halldakı evinə qayıdır. Bu dəfə isə onun alt paltarları itməyə başlayır. Hikson hər şeyin günahını bağ evinə köçməzdən əvvəl aldığı köhnə güzgüdə görür.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR