• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Selfie çəkərkən qayadan yıxılıb öldülər

  • Maraqlı
  • 12 Avqust 2014 17:50
  • 1 003 Baxış
Selfie çəkərkən qayadan yıxılıb öldülər

Polyak əsilli ər-arvad Portuqaliyanın Kabo de Raka qayalıqlarında “selfie” şəkil çəkərkən uşaqlarının gözləri qarşısında 30 metr hündürlükdən yıxılıblar. Bu haqda xəbəri baş vermiş bədbəxt hadisəyə şahidlik edən cütlüyün 5 və 6 yaşlı uşaqları verib. Hadisədən şok keçirən uşaqlar müayinə üçün ruhi-əsəb xəstəliklər dispanserində yerləşdiriliblər.

Cütlüyün şəkil çəkdirdiyi Kabo de Roka qayalıqları Atlantik okeanın ən əsrarəngiz hissəsi hesab olunur.

Valideynləri təbiət qoynunda şəkil çəkdirmək üçün təhlükəsiz baryerə çıxıblar.

Lakin bədbəxt hadisənin başvermə səbəbləri dəqiqliyi ilə araşdırılır.

Okean sularının qabarması nəticəsində meyitləri hələ də tapmaq mümkün olmayıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR