Ölkənin ən “dəlisov” qanunları
Bizi izləyin

Bilgi.az

Ölkənin ən “dəlisov” qanunları

Turistlərə qəribə görünə bilən bir çox qanunlar, əslində, yerli sakinlər tərəfindən təklif olunub. Məsələn, İspaniyanın Palma-de-Malyorka şəhərinin mərkəzində futbolkasız gəzən insanlar 600 avro həcmində cərimə olunur. Üst hissəsi çılpaq olan turistlərin şəhərin mərkəzində rahatlıqla gəzişməsi yerli sakinləri o dərəcədə qıcıqlandırıb ki, qonaqlara futbolkasız gəzişməyi qadağan edən qanunun layihəsinin tətbiq olunmasını qaldırıb. Əlbəttə, bu qadağa çimərlikdə gəzişən insanlara aid deyil.

Publika.az İspaniyanın müxtəlif regionlarında baş verən ən qəribə və maraqlı qanunları təqdim edir.

2007-ci ildə İspaniyanın cənubunda yerləşən Kadis şəhərində toyda düyü atmaq qadağan edilib. Bunun isə iki səbəbi var. Birincisi, düyü atmaqla toya gələn qonaqların ayağı sürüşərək xəsarət almaq ehtimalı var. İkinci səbəb isə ondan ibarətdir ki, dənli bitkiyə görə quşlar əraziyə hücum edərək şəhəri zibilləyir.

Bir çox ölkələrdə olduğu kimi, İspaniyada da valideynlər uşaqlarına istədikləri adı qoya bilməz. Ad qadağası qoyulana qədər valideynlər övladlarına Stalin, Mao, Mandarina kimi adlar qoyub.

Seviliyada isə paltar və xalçaları küçədən asmaq qadağandır. Yerli qanunvericilik aktına əsasən, çox açıq geyimləri və alt paltarları zivədən asmaq olmaz. İnsanların görə biləcəyi yerdə zivədən alt paltarları asmağa görə cərimə 3000 avrodur.

Madrid isə küçə musiqiçilərinin saat 3-dən 5-ə kimi ifasına qoyulan qadağanı nəzərdən keçirir.

İspaniyanın Kataloniya bölgəsində fahişələr iş zamanı təhlükəsizlik jileti geyinməlidir. Qədim peşənin işçiləri rəngli jilet geyinməklə yoldan keçənlərə onların kim olduğunu bəlli etməlidir, əks halda, qadınlar 40 avro cərimə olunur.

Əgər parlamentdə qanun layihəsi təsdiqlənsə, o zaman küçələrdə topla oynayanlar 1000 avro cərimə olunacaq. Futbolun məşhur olduğu İspaniyada bu qanun layihəsi qəribə görsənə bilər. Lakin hazırda bu qanun üzərində işlər gedir. Bu qanun təsdiqlənərsə, küçələrdə avtomobil qəzalarının azalması güman edilir.

Madrid küçələrində iti gəzdirmək qadağan deyil. Lakin dördayaqlı dosta görə cərimə ödəmək mümkündür. Belə ki, Madriddə küçədə gəzdirilməsi üçün ev heyvanlarının sayında məhdudiyyət var. Əgər 8-dən artıq ev heyvanı ilə küçəyə çıxsanız, o zaman cərimə ödəməli olacaqsınız.

Ümumiyyətlə, səndəllə avtomobil idarə etmək məsləhət görülmür. Lakin İspaniyada səndəllə idarə cinayətdir.

Bir çox iri şəhərlərdə yerə tüpürmək qadağan edilib. Lakin Barselonada yerə tüpürməyə görə cəza verilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm