Bilgi.az
Kofein uşaqlarda qan xərçəngi yaradır
Leykamiya (leykoz, qan xərçəngi) – ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəng xəstəliyidir. İndiyədək tədqiqatçılar leykamiyanın yaranma səbəbini tapa bilmir.
Xəstəlik erkən tapılarsa, onu kimya terapiya ilə müalicə etmək olar və bu zaman yaşama şansı 80 faiz təşkil edir. Son onillikdə isə uşaqların qanında xəstəliyin artması müşahidə edilir. Alimlər leykamiyanın ekoloji problemlərdən yarandığını güman edirlər. Lakin yeni aparılmış tədqiqatlar göstərir ki, qəhvə içmək də xəstəliyə səbəb ola bilər.
Gündə 2 stəkan qəhvə içən hamilə qadınlar övladlarını leykamiya riski altında qoyur. Tədqiqatçılar hamilə qadınlara içki və siqaret kimi, qəhvədən də uzaq durmağı məsləhət görürlər. Kofein rüşeymin DNT hüceyrələrini dəyişməklə xərçəng şişinin yaranma riskini artırır. Alimlər 20 insan üzərində araşdırma aparıblar. Hamiləlik anı qəhvə içən anaların uşaqlarında leykamiya riskinin artması 20 faiz çox olub. Qadın günə 2 stəkan qəhvə içibsə, onda bu risk 60 faiz artır. Qəhvə 4 və daha çox fincan olarsa, bu risk 72 faizədək qalxır.
Böyük Britaniyanın Səhiyyə Nazirliyi bildirir ki, qadınların gündə yarım fincan, yəni 200 milliqram kofein qəbul etməsi heç bir əks-effekt göstərmir.
Nura
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq