• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Transseksual müğənni şəhəri qarışdırdı – FOTOLAR

  • Maraqlı
  • 21 Avqust 2014 10:54
  • 753 Baxış
Transseksual müğənni şəhəri qarışdırdı – FOTOLAR

Rusiyanın Saratov vilayətindəki kiçik Balakova şəhərinə tanınmış ulduzların yolu düşmür. Sözün düzü, heç düşmür. Dünya estrada ulduzlarını qoyaq bir kənara, heç Rusiyanın tanınmış müğənnilərinin də belə bir şəhərin mövcudluğundan xəbəri yoxdu.

Dövlət bayramlarına həsr olunmuş konsertlərdə isə yerli ifaçılar çıxış edir. Bu zaman kiçik şəhərin əhalisi hamılıqla əsas meydana yığışır.

Bu il də orada "Rusiya günü"nə həsr olunmuş konsert keçirilib. Lebedev adına teatrın qarşısında keçirilən konsert proqramında yerli musiqi dərnəklərinin yetirmələri çıxış ediblər. Lakin konsertdəki son ifaçının çıxışı qalmaqal yaradıb.

Qleb Listerman adlı uzunsaç ifaçı qadın səsi ilə oxumağa başlayanda hamı şoka düşüb. Sən demə, Qleb cinsi azlıqların nümayəndəsi imiş. Konsertə toplananlar narazılıq ediblər: "Nə kişi kimi kişidir, nə də qadın. Axı konsertə uşaqlar da baxır. Biabırçılıqdır".

Şəhərdə transseksual Listermanı tanımasalar da, sosial şəbəkələrdə o, populyar şəxslərdən biri imiş. İndi Balokovanın bütün əhalisi şəhərin yeni "ulduzu"nun sosial şəbəkələrdəki şəkillərinə baxır.

Ora yüklədiyi şəkillərdə isə Qleb bantikli, makiyajlıdır, qısa yubka geyib. Amma qalmaqal transseksual müğənninin işinə yarayıb. Artıq Moskva qəzetləri də əyalətdə parlayan qalmaqallı müğənnidən yazır. Qleb özü isə paytaxta dəvət ediləcəyi günü həvəslə gözləyir.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR