Dul qadın ərindən brilyant hazırladı-FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dul qadın ərindən brilyant hazırladı-FOTOLAR

Böyük Britaniya sakini 63 yaşlı qadın ölmüş ərinin xatirəsini əbədiləşdirmək üçün onun külündən 0,75 karatlıq sarı brilyant hazırlatdırıb.

Qlinis Barnet yoldaşlarına sarı brilyantını göstərəndə hamıda təəccüb doğurur. İş ondadır ki, brilyant qadının vəfat etmiş əri 64 yaşlı Conun külündən düzəldilib.

Qlinisin sözlərinə görə uzun müddət boğaz və qaraciyər xərçəngi ilə mübarizə aparan Con vəfat etdikdən sonra o, ərinin külünü hara qiyacağı barəsində çox düşünüb.

Cütlük 42 il birlikdə yaşayıb. əri vəfat etdikdən sonra Qlinis ərinin külünü 18 ay çarpayının yanında saxlayıb. Sonradan isə qadın ərinin külündən brilyant hazırlatdırmağı qərara gəlir. O, bununla da ərinin bir hissəciyini özü ilə daşıya biləcəyinə ümid edib.

Bundan sonra qadın Mançesterdə yerləşən "Phoenix Memorial Diamonds" şirkətinə müraciət edərək ərinin külündən qiymətli daş hazırlatdırıb. O, xidmət haqqı kimi 8295 dollar ödəyib. 12 həftədən sonra 100 qram küldən 0,75 karatlıq sarı brilyant hazırlanaraq qadına göndərilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm