• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

78 mərtəbəli binaya dırmandılar (VİDEO)

  • Maraqlı
  • 30 Avqust 2014 17:01
  • 405 Baxış
78 mərtəbəli binaya dırmandılar (VİDEO)

Moskvadakı "Paytaxtlar Şəhəri" adlı 78 qatlı göydələndə möhtəşəm yarış baş tutdu.

ANS TV-nin məlumatına görə, Moskvadakı bu göydələn dünyanın ən yüksək yaşayış binalarından sayılılır. Bu binanın damına qaçaraq çıxmağı qarşılarına məqsəd qoyan 200 yarışmaçı 6 ayrı qrup halında yürüşə başlayıb.

1950 pilləkənə dırmanmaq üçün tər tökən yarışmaçıların bəziləri bu yüksəkliyi qaçaraq qət edərkən, bəziləri isə yavaş addımlarla qalxdı. Yarışma iştirakçıları arasındakı 75 yaşlı Andrey Çirkov isə öz çəldliyi ilə sanki gənclərə meydan oxuyurdu.

Yarışmaçı Yekatrina Nazemtseva özünü əla hiss etdiyini, bu yarışmada özünü yoxladığını bildirib. 50-inci mərtəbəyə çıxanda bu hərəkəti artıq bacardığını deyən qadın bütün qızlara da pilləkəni ayaqla qalxmağı məsləhət görüb.

Gərgin mübarizəyə səhnə olan yarışmada qadınlar arasında 11 dəqiqə 55 saniyə ilə Tamara Şimeyeva adlı yarışmaçı qalib gəlib. Kişilərdə isə 9 dəqiqə 53 saniyə ilə Aleksey Bıstrov birinci yeri qazanıb.

Qeyd edək ki Moskvada ikinci dəfə keçirilən göydələnə dırmaşma yarışması dünyanın bir çox meqopolislərində artıq ənənə halını alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR