Bilgi.az
Yadplanetliləri öyrənən alimlərin müəmmalı ölümü
Yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər. İlk belə hal 1986-cı ildə baş verib. Uçan naməlum obyektlərin (UNO) araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə "intihar" edib.
Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Bundan cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor - Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü körpüdən atıb.
Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər yeganə deyil. UNO sahəsində araşdırma aparan bir çox alimlərin taleyinə nəzər saldıqda həqiqətən təəccüblənməmək olmur:
1987-ci ilin yanvarında Avtar Sinq-Qida itkin düşüb və sonda
onun öldüyü elan edilib.
1987-ci ilin fevralında Piter Pippel özünə məxsus qarajda
avtomobilin içərisində dünyasını dəyişib.
1987-ci ilin martında Devid Sends avtomobilini yüksək sürətlə kafe
binasına çırparaq, "intihar edib".
1987-ci ilin aprelində Mark Vizer özünü asıb.
1987-ci ilin aprelində Styuart Qudinq qətlə yetirilib.
1987-ci ilin aprelində Devid Qrinhalq körpüdən yıxılaraq ölüb.
1987-ci ilin aprelində Şani Uoren suda boğularaq ölüb.
1987-ci ilin mayında Maykl Beyker yol qəzasında dünyasını
dəyişib.
Ümumilikdə, UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür. Görəsən, bu, həqiqətən təsadüfdürmü? /bizimyol.info/
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO