Bilgi.az
Peşəkar ağlayanlar (FOTO)
Tayvanda dramatik cənazə mərasimi səhnəsi mərhumların
qohumları üçün çox ciddi məsələdir. Məsələ o qədər ciddidir ki,
varlı ailələr öz əzizlərinin cənazə mərasimlərində bu atmosfreanı
yaratmaq üçün peşəkar ağlayanlar tuturlar. Bu peşəkarlar yerdə
sürünə-sürünə oxuyaraq acılarını nümayiş
etdirməlidirlər.
ANS PRESS-in məlumatına görə, bu tendensiya Tayvanda 70-ci illərdə,
oğullar və qızlar kəndlərdə öz ailələrini buraxıb böyük şəhərlərə
iş axtarmağa getdikdən sonra yaranıb. O zamanlar nəqliyyatda böyük
problemlər olduğundan, valideynlərdən biri rəhmətə getdikdə gənclər
dəfn mərasiminə yetişə bilmirdilər.
Nəticədə oğul və ya qız peşəkar ağlayanlar tutmağa başladılar.
Onlar bununla öz valideynlərinin ruhlarını yüksək səviyyədə yad
etdiklərini düşünürlər. Bundan əlavə, hər tayvanlı gəncin yetərincə
göz yaşı yoxdur ki, əzizi üçün ağlasın. Və, burada da peşəkar
ağlayanlar köməyə çatır. Onlar qəmli mahnılar oxuyur, rəqs edir və
dəfn mərasimində iştirak edən hər kəsə öz hislərini sərbəst şəkildə
büruzə verməyə imkan yaradırlar.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi